Səfərova (Ələkbərova) Leyla Abbas qızı 25 iyul 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olub. 1987 – 1997-ci illərdə Naxçıvan şəhərindəki H.Cavid adına 5 № li orta məktəbdə, 1997 – 1998-ci dərs ilində M.C.Cəfərov adına 14 saylı orta məktəbdə təhsil almış və 1998-ci ildə bu məktəbdən fərqlənmə attestatı ilə məzun olmuşdur. Həmin il Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili və roman-german dilləri filologiyası fakültəsinə daxil olmuş, 2002-ci ildə isə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002 – 2006-cı illərdə Naxçıvan şəhərindəki M.C.Cəfərov adına 14 saylı orta məktəbdə, eyni zamanda, 2003 – 2004-cü tədris ilində H.Əliyev adına Hərbi Liseydə ingilis dili müəllimi vəzifəsində çalışmışdır. 2004 – 2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin Dilşünaslıq istiqamətində Xarici dillər – İngilis dili ixtisası üzrə magistr pilləsində təhsil almışdır. 2004 – 2021-cı illərə qədər AMEA Naxçıvan Bölməsində baş mütəxəssis və elmi işçi vəzifələrində çalışmışdır. 2008-ci ildə “German dilləri” ixtisası üzrə dissertanturaya qəbul olunmuş,        24 oktyabr 2015-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda ingilis dilinin qrammatikasının tədqiqi tarixi” mövzusunda dissertasiya müdafiə etmişdir.  Hekayələr, esselər və pyeslərin yer aldığı “İnsansız küçələr” adlı  1 bədii kitab,  “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” və “Azərbaycan dilinin Culfa şivələrinin fonetikası” adlı 2 elmi monoqrafiya, 41 elmi məqalə (dördü xaricdə olmaqla) və  beynəlxalq konfrans materialının (üçü xaricdə olmaqla), 20-yə yaxın publisistik məqalənin müəllifidir 2020-ci ildə ədəbi fəaliyyətimə görə “Yazarlar”ın “Ziyadar” və elmi-pedaqoji fəaliyyətimə görə  “Vintsas” mükafatına layiq görülərək diplomlarla təltif olunmuşam. 2021-ci ildə “Azad qələm” ədəbi-bədii jurnalının redaksiya heyətinə üzv seçilmişdir. Ailəlidir, 2 övladı var.

 

  1. Müasir Azərbaycan və ingilis dillərində isimlərin kəmiyyət kateqoriyası, Elmi Xəbərlər. Azərbaycan Dillər Universiteti, Mütərcim, № 2, 2008, s. 125 -134
  2. Azərbaycan və ingilis dillərində isimlərin yiyəlik halının müqayisəli təhlili, Elmi Xəbərlər. Azərbaycan Dillər Universiteti, Mütərcim, № 6, 2008, s. 125 – 129
  3. Azərbaycanda ilk ingilis dili dərslikləri, Tədqiqlər. AMEA Nəsimi adına Dilçilik İnstitutu, Nurlan, 2009, s. 3 – 11
  4. Confused words, Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər (Beynəlxalq Elmi Konfransın materialları). Azərbaycan Dillər Universiteti, Mütərcim, 2010, s. 168 – 169
  5. Degrees of English Adjectives, Bilimsel Eksen. Kültür Ajans Tanıtım ve Organizasyon LTD. Ankara: İskitler, № 2, 2010, s. 94 – 103
  6. Ali məktəblər üçün yazılmış xarici dil dərsliklərinin milliləşməsi (ingilis dili üzrə), Humanitar Elmlərinin Öyrənilməsinin Aktual Problemləri. Bakı Slavyan Universiteti, Mütərcim, № 4, 2011, s. 57 – 60
  7. 1960-cı illərdə yazılmış ingilis dili dərsliklərinin pedaqoji-linqvistik xüsusiyyətləri, Dil və Ədəbiyyat. Bakı Dövlət Universiteti, BDU, № 4 (80), 2011, s. 207 – 209
  8. Изучение грамматики английского языка в Азербайджане, Ученые записки. Таврического Национального Университета им. В.И.Вернадского, Симферополь: ТНУ, Том 27 (66) № 3, 2014, s. 297 – 302
  9. Azərbaycanda ilk ingilis dili qrammatikası dərsliyi, Sivilizasiya. Bakı Avrasiya Universiteti, BAU, № 7, 2014, s. 118 – 124
  10. Azərbaycanda müstəqilliyə qədərki illərdə yazılan ingilis dili qrammatika kitablarında qoyulan nəzəri problemlər, Axtarışlar. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, ADPU-nun mətbəəsi. Cild 4, № 3, 2014, s. 125 – 133
  11. Oruc İbrahim oğlu Musayevin “İngilis dilinin qrammatikası” haqqında (sintaksis bölməsi), Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2014, №7, s.48-55
  12. О пособии Исмихана Рагимова и Тимурчина Идаятзаде Практическая грамматика английского языка (Баку, 1966), I Материалы Международной научно-практической конферен­ции. Пятигорск: Пятигорский Государственный Лингвистический Университет, 2014, с.118-123
  13. Azərbaycanda ingilis dilinin qrammatikasına dair aparılan tədqiqat işlərində qoyulan elmi problemlər, Dil və ədəbiyyat. Bakı: Mütərcim, 2014, №3, s.111-117
  14. İngilis dilində nitq hissələrinin təsnifi problemi, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” elmi toplusu, cild 7, № 1, Naxçıvan: Tusi nəşriyyatı, 2017, s.121-124
  15. Azərbaycanlı müəlliflərin ingilis dilində sifətin dərəcə kateqoriyası probleminə baxışı, “Heydər Əliyev və Azərbaycan Gəncliyi” Respublika Elmi Konfransının materialları, Bakı, 28 aprel 2017, s.65-66
  16. Müstəqillik illərində yazılmış ingilis dili qrammatikası dərslikləri, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual problemləri” VIII Beynəlxalq elmi kon¬fransının materialları, Bakı, 4-5 may 2017, 547-549
  17. İngilis dilində mənasına görə sifətlərin təsnifi problemi, “Elmi Əsərlər” Naxçıvan Universiteti, №1 (4), Naxçıvan: NU “NUH” nəşriyyatı, 2017, s.175-183
  18. Culfa rayon şivələrində saitlərin uzanması hadisəsi, “ADU-nun Elmi Xəbərləri”, cild 2, №3, Bakı: “Mütərcim” nəşriyyatı, 2017, s.12-17
  19. Verbs grammatical categories problem in modern English, “Scientific Light”, №10, Wroclaw: 2017, s.18-22
  20. Culfa rayon şivələrində arxasıra və önsıra saitlərinin əvəzlənməsi, “Xəbərlər” AMEA Naxçıvan Bölməsi, № 3, Naxçıvan: Tusi, 2017, s.199-203
  21. İngilis dilində feillərin məchulluq anlayışı, “Gənc alimlərin II Beynəlxalq elmi konfransı” Gəncə Dövlət Universiteti, 17-18 oktyabr 2017-ci il, s.358-360
  22. Azərbaycan dilinin Culfa şivələrində dodaqların vəziyyətinə görə sait əvəzlənməsi, Naxçıvan Universitetinin “Elmi Əsərlər” jurnalı, №3 (6), Naxçıvan: NU “NUH” nəşriyyatı, 2017, s.128-136
  23. Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi, Monoqrafiya, Bakı: ADPU-nun mətbəəsi, 2017, 118 s.
  24. Azərbaycan dilinin Culfa şivələrində açıq və qapalı sait əvəzlənmələri, “Xəbərlər” AMEA Naxçıvan Bölməsi, № 1, Naxçıvan: Tusi, 2018, s.123-129
  25. Şəhriyarın dili Culfa şivələri ilə müqayisədə, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” elmi toplusu, cild 8, № 1, Naxçıvan: Tusi nəşriyyatı, 2018, s.87-91
  26. Azərbaycan və İngilis dillərində növün tədqiqi tarixindən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” IX Beynəlxalq elmi kon­fransının materialları, Bakı, 3-4 may 2018, s.549-551
  27. The passive voice of English monotransitive and ditransitive verbs, Германские, Тюркские и Славянские Языки в Полилультурном Мире. Сборник международной конференции (15 апреля 2018)/Кыргызского-Россиском Славянском Униварситет им. Б.Н.Ельцина. Киргизия, Бишкек, 2018, с. 70-74
  28. Heydər Əliyevin dil siyasəti bir zəncir kimi, Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Beynəlxalq kon­fransının materialları (4 may 2018) Naxçıvan Dövlət Universiteti. Naxçıvan, “Qeyrət” nəşriyyatı, 2018, s.549-553
  29. Culfa şivələrində saitlərin ahəngi, Davamlı inkişaf və humanitar elmlərin aktual roblemləri. Beynəlxalq elmi konfransın materialları (4 may 2018) Azərbaycan Universiteti. Bakı, 2018, s.376-378
  30. Azərbaycan dilinin Culfa şivələrində samit əvəzlənməsi hadisəsi, AMEA Naxçıvan Bölməsinin Elmi əsər­ləri. İctimai və humanitar elmlər seriyası. 2019, cild 15, № 1, s.142-147
  31. Azərbaycan dilinin Culfa şivələrində assimilyasiya hadisəsi, AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. 2019, cild 9, № 1, s.91-96
  32. Expressing Reflexivity by Word Building in English, Proceedings of the XXI İnternational Conference European Academy of Science and Research (18-21 december 2019). Germany: Bonn, 2019, p.36
  33. Mirbağır Mirheydərzadə Naxçıvan Dövlət Tarix Muzeyinin yaradıcılarından kimi, Naxçıvan Dövlət Tarix Muzeyi – 95.Naxçıvan: “Əcəmi” NPB, 2019, 166 s. 40-44
  34. Multikulturalizm və Azərbaycançılıq, Heydər əliyev: Multikulturalizm və Tolerantlıq İdeologiyası. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş II Beynəlxalq elmi konfransın materialları (6-8 may 2019). Azərbaycan Dillər Universiteti. Bakı, 2019, s.55-57
  35. Azərbaycan dilinin Culfa şivələrində saitlərin düşümü, Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş respublika elmi konfransın materialları (24 oktyabr 2019) Azərbaycan Universiteti. Bakı, 2019, s.55-57
  36. Azərbaycan dilinin Culfa şivələrinin fonetikası, Monoqrafiya, Bakı: “Elm və təhsil” nəşriyyatı, 2019, 116 s.
  37. İnsansız küçələr, Bədii kitab, Bakı, “Xan” nəşriyyatı, 2019, 72 s.
  38. Culfa şivələrində isim (Anadolu şivələrilə müqa­yisədə), AMEA Naxçıvan Bölməsinin Elmi əsər­ləri. İctimai və humanitar elmlər seriyası. 2020, cild 16, № 1, s.153-158.
  39. Naxçıvanda xarici dillərin tədqiqi məsələləri (müs­təqillik dövrü), Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə. Respublika konfransının materialları (22 noyabr 2019) / AMEA Naxçıvan Bölməsi. Naxçıvan: “Tusi” nəşriyyatı, 2020, s.189-195
  40. Leyla Səfərova – hekayələr, Zərif kölgələr (II antologiya). Müasir Azərbaycanın xanım yazarlrı. Bakı: “Orxan” MPM, 2020, 2 cilddə, cild II, 232 s, s.108-116
  41. Azərbaycan dilindəki neologizmlər və onların Naxçıvan dialekt və şivələrində əmələ gətirdiyi dəyişikliklər, AMEA Naxçıvan Bölməsinin Elmi Əsərləri. İctimai və humanitar elmlər seriyası: 2021, cild 17, № 3, s.126-132.
  42. Azərbaycan dilinin Culfa şivələrində qohumluq əlaqələrini bildirən sözlər, AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. 2021, cild 15, № 2, s.126-130.
  43. Alim-şair Elxan Yurdoğlunun tərcümə fəaliyyəti, AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Axtarışlar jurnalı. 2021, cild 15, № 4, s.71-74
  44. Culfa şivələrində zərflərin quruluş və mənaca növləri, Azərbaycan Dillər Universitetinin “Dil və Ədəbiyyat” jurnalı. 2021, cild 11, № 2, s.126-130.
  45. Azərbaycan dilinin yeni inkişaf mərhələsinin “Şərq qapısı” qəzetində əksi // “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu, Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2021, 416 s., s.388-400
  46. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi – 2020. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarının elmi əsərləri: (tərtibçi), Biblioqrafik göstərici, Naxçıvan: “Tusi” nəşriyyatı, 2021, 285 s
  47. Üç esse, “Azad qələm” jurnalı. Bakı: 2021, № 3, s.59-61.
  48. Culfa şivələrində türk mənşəli sözlərin tədqiqinə dair, Elmi əsər­lər. AMEA Naxçıvan Bölməsi. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: “Tusi” nəşriyyatı, 2022, cild 18, № 1, 276 s, s.141-146
  49. Müzəffər Nəsirlinin yaradıcılığında qadın obrazı, Müzəffər Nəsirli. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2022, 176 s, s.90-99
  50. Naxçıvan ədəbi mühitinin publisistik mənzərəsi, Naxçıvanda ədəbi proses – 2021. “Tusi” nəşriyyatı, 2022, 88 s, s.73-83
  51. Azərbaycan dilinin Culfa şivələrinə Qafqaz dillərindən və rus dilindən keçən sözlər, AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Axtarışlar jurnalı. 2022, cild 16, № 1, 42-46