
Səriyyə Kamal qızı Qasımova
İnformatika kafedrasının müəllimi
sariya_gasimova@outlook.com
1994-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. 2011-ci ildə Ordubad Qız Liseyini qızıl medal ilə bitirmişdir. Həmin il 612 balla Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültəsinin “Kompüter elmləri” ixtisasına qəbul olmuş və 2015-ci ildə həmin universiteti bitirmişdir. 2015-2017-ci ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Kompüter elmləri” ixtisasının “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisaslaşması üzrə magistr təhsili alaraq, bu təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2017-ci ildə Bakı Ali Neft Məktəbinin Tədris metodiki şöbəsində Dispetçer vəzifəsində, 2018-2019-cu illərdə Naxtel MMC-nin İT və Billing şöbəsində Billinq üzrə mütəxəssis vəzifəsində,, 2018-2020-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda Xarici Əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışmış və həmin ildən Ali Riyaziyyat və İnformatika kafedrasında müəllim vəzifəsində işləyir.
Dərc olunmuş elmi əsərlər :
1. İnvestisiya portfeli layihələrinin effektiv qiymətləndirilməsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət İdarəçiliyi” jurnalı, 2017, İSSN 2309-1347
2. İnvestisiya portfeli layihələri- tədqiqat obyekti kimi. Azərbaycan Texniki Universiteti 18-20 dekabr , “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya” I Beynəlxalq elmi-praktiki konfransın materialları, 18-20 dekabr 2019
3. Riyaziyyatın tədrisində yeni təlim texnologiyaları. Naxçıvan Müəllimlr İnstitutu, “Ümumi təhsildə kurrikulum islahatları : nəticələr, reallıqlar və perspektivlər”,Respublika elmi-praktiki konfransın materialları, 05-06 aprel 2019