Səttar Şəmsəddin oğlu Nəsirov
Meliorasiya və geodeziya mühəndisliyi kafedrasının 0,5 ştat müəllimi
E- mail: natiqoruc2015@gmail.com
1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu Bənəniyar kəndində anadan olmuşdur. 1978-ci ildə Culfa rayonunun Bənəniyar kənd orta məktəbini bitirmiş, 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuş və 1984-cü ildə həmin institutun “Hidromeliorasiya” fakültəsini bitirmişdir. 1984-1999-cu illərdə Naxçıvan Su Tikinti Trestində və onun müxtəlif idarələrində öz ixtisası üzrə mühəndis kimi fəaliyyət göstərmişdir. 1999-cu ildən Naxçıvan MR Su Təsərrüfatı Nazirliyində baş mütəxəssis olaraq fəaliyyətə başlamış, şöbə müdirliyi vəzifəsinə qədər yüksəlmişdir və haliyədə həmin qurumda “Su ehtiyatlarından istifadə” şöbəsininin müdiri vəzifəsində çalışır. 2015-ci ilin fevral ayından Naxçıvan Dövlət Universitetinin Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrasına dəvət olunmuş və həmin ildən həmin kafedrada yarım ştat müəllim kimi fəaliyyət göstərir.
2003-cü ildə “Naxçıvan Muxtar Respublikasında yerləşən yeraltı suların tədqiqi” layihəsinin qrup rəhbəri olmuşdur.
Nəsirov Səttar Şəmsəddin oğlu uğurlu əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 04 iyun tarixli 1539 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.