Sadiqova Sərcan İslam qızı

İngilis dili və metodika kafedrasının müəllimi

 

1991- ci ildə dekabrın 18-də Naxçıvan şəhərində anadan olub. 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin ‘‘İngilis dili müəllimliyi’’ ixtisası üzrə bakalavr pilləsini bitirib. 2013-2015- ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinin ‘‘Dilşünaslıq’’ üzrə İngilis dili ixtisasını bitirib. 2015-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsinin ‘‘İngilis dili və metodika’’ kafedrasında müəllim kimi işləyir. 2019-cu ildən Naxçıvan Dövlət Universitetinin ‘‘İngilis dili və tərcümə’’ kafedrasının ‘‘German dilləri’’ üzrə dissertantıdır. Professor İlham Tahirovun rəhbərliyi ilə ‘‘İngilis dilində say tərkibli frazeoloji birləşmələr’’ adlı elmi iş üzərində işləyir. 14 elmi məqalə, 1 dərs vəsaiti və bir proqram müəllifidir. Ailəlidir. 2 övladı var.

     Dərc olunmuş elmi əsərlər:

  1. Factors which influence motivation –Motivasiyaya təsir edən amillər. Naxçıvan Dövlət Universiteti. Qeyrət, Humanitar elmlər seriyası N1 (82) 2017, s. 216.
  2. Tibb fakültəsinin Əczaçılıq ixtisası üzrə proqram. Naxçıvan 2017, Qeyrət nəşriyyat.
  3. Azərbaycan və İngilis dillərində söz sırasının müqayisəli təhlili. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar N2 (28), 2018, s. 89.
  4. İngilis dilində mübtəda-xəbər uzlaşması əsas dil vahidi kimi. Naxçıvan Dövlət Universiteti . Qeyrət, Humanitar elmlər seriyası N1 2018
  5. Realilər və onların İngilis dilindən Azərbaycan dilinə tərcüməsi üsulları. Naxçıvan Dövlət Universiteti . Qeyrət, Humanitar elmlər seriyası . 2019
  6. Kəmiyyət kateqoriyasının linqvstik xüsusiyyətləri. Tezis. Naxçıvan Dövlət Universiteti. Qeyrət, Humanitar elmlər seriyası, 2020
  7. İngilis dilində sıra saylarının işləndiyi frazeoloji birləşmələr. Konfrans məqaləsi. International asian congress on contemporary sciences-IV, ISBN: 978-625-7898-10-2, 2020, səhifə 341-342
  8. Sayların məna strukturunda miqdar və kəmiyyət anlayışı. Konfrans məqaləsi. Elmi iş Beynəlxalq elmi jurnal, (humanitar və ictimai elmlər üzrə I beynəlxalq elmi konfrans materialı), İSSN 2663-4619, 2020, səhifə159-161
  9. Əczaçılıq ixtisasının tələbələri üçün “İngilis dili”. Dərs vəsaiti. Ecoprint nəşriyyatı, Bakı, 2020, 296 səhifə
  10. Sinifdə diskussiya bacarıqlarının inkişafı. Məqalə. NDU, “Qeyrət Nəşriyyatı”, Elmi Əsərlər, İSSN 2224-5529, №4(105), 2020, səhifə 120-123
  11. İngilis dilində miqdar saylarının işləndiyi frazeoloji birləşmələr (Phraseological Units with Cardinal Numeral Component in English Language). Məqalə. Bulletin of Science and Practice Scientific Journal, İSSN 2414-2948, 2021, Volume 7, İssue 4, səhifə 521-529. (Rusiyada çıxmış), Penza.
  12. Təhsildə əsas keyfiyyət faktorları. Məqalə. “Azərbaycan Məktəbi”, Azerbaijan Journal Of Educational Studies, 2021, №2/695, səhifə 73-80.
  13. Təhsildə əsas keyfiyyət amilləri. Tezis. Təhsil İdarəçiliyinin Beynəlxxalq Konfransı, 2021, 22-25 aprel, səhifə 40 – 41.
  14. Say tərkibli frazeologizmlərin dünyanın frazeoloji mənzərəsində yeri, Məqalə. NDU, “Elmi əsərlər”, Humanitar elmlər seriyası, 2021, səh. 73-77
  15. “Evaluation of the quantitative component inphraseological combinations”, European Scientific Conference, XXVII International Scientific Conference, Penza , Russia, November 7, 2021, pp.118-121
  16. İngilis dilində say tərkibli frazeoloji birləşmələrin tematik təhlili, XXII International Scientific Symposium “Turkic World Betwen East and West” Andijan, Uzbekistan, January 29, 2022