Sadiqova Nazilə Elmar qızı
Sadiqova Nazilə Elmar qızı
1991 ci il iyulun 14-ü Naxçıvan şəhərində anadan olub. 2008 ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi bitirib. 2008-2012 ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasını bitirmişdir.2015-2017 ci illər ərzində Naxçıvan Dövlət Universitetinin Xarici Dilin tədrisi metodika və metodologiyası ixtisası üzrə magistr təhsili almışdır. 2015-2022 ci illərdə “Naxçıvan” Universitetinin Xarici Dillər fakültəsində saat hesabı müəllim kimi çalışmışdır. 2017-ci ildən Naxçıvan Qarnizonu tam orta məktəbində ingilis dili müəllimi olaraq fəaliyyət göstərir. 2018-2019 cu illərdə Naxçıvan Universitetinin Xarici Dillər fakültəsində akademik məsləhətçi kimi işləmişdir. 2019 cu ildən “Naxçıvan” Universitetinin 5718.01 Dünya ədəbiyyatı ixtisası üzrə doktoranturada təhsil alır. 2023 cü ildən Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin İngilis dili və metodika kafedrasında 0.5 ştat müəllim olaraq fəaliyyət göstərir.1 tezis 8 məqalə və konfrans materialının müəllifidir. Ailəlidir. 2 övladı var.
Dərc olunmuş elmi əsərlər
- “Azərbaycanda ingilis romantizminin təbliğinə dair ümumi mülahizələr” “Müasir dünyada Elm və mədəniyyət” adlı beynəlxalq konfrans, 26 dekabr 2021, İsveç, səhifə 58-62
- “Romantizm ədəbi cərəyanına münasibətdə Məmməd Cəfər mövqeyi” Filologiya məsələləri, məqalə, N-12, Bakı, 2022 səhifə 299-310
- “Comparison of Romantiism in English and Azerbaijani literature on the basis of Husein Javid’s poetry”, Молодий вчений, N-3,Nəşriyyat Ukrayna, 2022, səhifə 57-60
- “İngilis romantizmi və Bayronun Gavur poeması” Trakya Universiteti, Akademik Tədqiqatlar üzrə III Beynəlxalq filologiya konfransı” Nəşriyyat İzmir,oktyabr 2023, səhifə 64
- Romanticism of byron and his work “Cain”. Xaricdə məqalə. Buxoro Davlat Universiteti, İlmiy Axborotı, №3, Nəşriyyat Buxara, 2023, səhifə 227-232
- Importance of reading skill in texbooks. Respublikada konfrans məqaləsi. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda elmi-praktiki respublika konfransı, Naxçıvan, Qeyrət nəşriyyatı, 2023, s.72-73
- Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi təcrübəsindən. Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi mövzusunda Respublika elmi-praktiki konfransı, NMU, 31 may, Naxçıvan-2023, səhifə 184-185
- Qeyri-davamedici feillər. Respublikada konfrans məqaləsi. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tərcüməşünaslığın müasir problemləri” Respublika elmi konfransı, ADU/NDU, 2023, (Çapda)