Süleyman Hüseyn oğlu Cəfərov
Azərbaycan Respublikasının Əməkdar həkimi,
ali dərəcəli kardioloq
Süleyman Hüseyn oğlu Cəfərov 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndində anadan olmuşdur. 1980-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə profilaktika fakültəsinin müalicə işi ixtisasını bitirib. 1980-1981-ci ildə Naxçıvan Muxtar Respublika Xəstəxanasında internatuta kursu keçib.1981-1988-ci illədrdə Naxçıvan şəhər Təcili Yardım stansiyasında çağrışçı həkim çalışıb. 1985 və 1988-ci illərdə Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitunda klinik kardiologiya üzrə ixtisaslaşma kursları keçib.1988-ci ildən Naxçıva Muxtar Respublikası Kardioloji Mərkəzində ortdinator vəzifəsində çalışıb.2004-cü ildən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsində çalışır. 2004-cü ildən Naxçıvan Dövlət Universitetinin “Ümumi təbabət və gigiyena” kafedrasında müəllim, 2018-ciildən baş müəllim təyin olunmuşdur. Daxili xəstəliklər fəninndən dərs deyir. 2007- ci ildə Naxçıvan Muxtar Respublikasının, 2008-ci ildə isə Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri asdına layiq görülüb. 1 kitabın, 25-dən artıq elmi məqalənin müəllifidir.
Dərc olunmuş elmi əsərlər
- ÜİX-nin hipertoniya ilə birgə təsdüf olunan hallarında müalicənin secilmə taktikası. Bakı, Sağlamlıq tiib jurnalı 2001,s.96-98
- ÜİX-nin risk faktorları və onların aradan qaldırılması tədbirləri. Bakı, Sağlamlıq tiib jurnalı 2001,s.44-46.
- Kəskin miokard infarktlı xəstələrin kompleks müalicəsində neotonun (fosfokriatininin) tətbiqi .Xalq həkimi Mehdi Bağırovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları.Naxçıvan s 55-61
- Anadangəlmə ürək qüsurlarının diaqnostikasında kateterizasiya müayinəsinin rolu və əhəmiyyəti. Naxçıvan şəh. Beynəlxal Kardioloji konfrans.2007
- Atipik pnevmaniyaların klinikası, diaqnostikası və müalicəsi. Naxçıvan şəh. Konfrans materialları. 2009
- Xroniki xəstələrin dispanserizayyası qaydaları. Metodiki vəsait.Naxçıvan.2006.
- Antibiotik müalicəsi, yol verilən nöqsanlar, onların profilaktikası Naxçıvan şəh. Konfrans materialları.2010
- Bəd xassəli hipertoniyanın komlek müalicəsi.Naxçıvan şəh. Beynəlxal Kardioloji konfrans.2008
- Hipertoniya xəstəliyinin diaqnostikası və müasir müalicə prinsipləri.Naxçıvan Beynəlxal Kardioloji konfrans. 2011
- ÜİX-nin risk faktorları və onların profilaktikası.Naxçıvan. Kardiooji konfrans.2012
- Kəskin pnevmaniyanın ağırlaşmaları.Distres sindomunun müalicə və profilaktikası. Naxçıvan.Konfrans matrialları,2013
- Stres mədə xoralarının komleks müalicə prinsipləri. Naxçıvan şəh. Konfrans materialları. 2014
- ÜİX-nin diaqnostikasında koronar angioqrafiya müainəsinin rolu və əhəmiyyəti. Naxçıvan DU-nin xəbərləri (Təbiət elmləri və tibb seriyası),2014,№3 (23) s. 57-60
- İnfeksion endokarditin diaqnostika və müalicəsində yol verilən qüsurlar .Bakı Neftçilər xəstəxansı.Kardioloji Konfrans.2015.
- Kəskin miokard infarktının atipik formaları, diaqnostikası və müalicəsi.Naxçıvan. Kardioloji konfrans materialları.2015.
- Karduioloji praktikada kordaron preparatının tətbiqi barədə praktiki tövsiyələr. Naxçıvan. Kardioloji konfrans materialları.2016.
- Ağciyər arteriyası tromboemboliyasının diferensial diaqnostikası və müalicəsi. Naxçıvan. Kardioloji konfrans materialları.2016
- Səyrici aritmiyanın diaqnostikası, müalicə və profilaktikası. Naxçıvan. Kardioloji konfrans materialları.2017
- Erkən revaskulizasiyasının kəskin miokard infarktlı xəstələrin proqnozuna təsiri. Naxçıvan. Kardioloji konfrans materialları.2017
- Hipertofik kardiomipatiyanın diaqnostikası və müalicəsində praktik təcürbələrimiz. Naxçıvan. Kardioloji konfrans materialları.2018
- Xroniki Ürək çatışmazlığı xəstələrin müalicəsində korraksan;n (ibvradinin) tətbiqi. Naxçıvan. Kardioloji konfrans materialları.2019
- Döş qəfəsində ağrı sindomunun diferensial diaqnostikası.Metodik vəsait.Naxçıvan 2020
- Hipertoniya xəstəliyi, diaqnostikası və müalicəsi. Metodik vəsait.Naxçıvan 2020
- İlkin reanimasiya tədbirlərinin icra qaydaları.Metodik vəsait.Naxçıvan .20020
- Təcili tibbi yardım.Kitab.Naxçıvan.2020