Süleymanova Münəvvər Məhərrəm qızı

Ümumi tarix  kafedrasının laborantı

 

Süleymanova Münəvvər Məhərrəm qızı 1988-ci il 24 oktyabr tarixdə Babək rayon Babək qəsəbəsində anadan olub. 1994-cü ildə Babək qəsəbə tam orta məktəbin I sinfinə daxil olub, 2005-ci ildə həmin məktəbi bitirmişdir.  2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının bakalavr pilləsinin qiyabi şöbənin I kursuna daxil olub, 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının bakalavr pilləsini bitirmişdir. 2010-cu ildə Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi ixtisasının magistr pilləsinin I kursuna daxil olub, 2012-ci ildə Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi ixtisasının magistr pilləsini bitirmişdir. 2011-ci il 11 sentyabr tarixdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində tyutor işləməyə başlamışdır. 02 aprel 2012-ci il tarixdən 15 sentyabr 2015-ci il tarixədək Sosial-idarəetmə və hüquq fakültəsində tyutor işləmişdir. 2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində saathesabı müəllim işləyir. 15 sentyabr 2015-ci il tarixdən  28 mart 2017-ci il tarixədək “Azərbaycan tarixi” kafedrasında baş laborant işləmişdir. 28 mart 2017-ci il tarixdən 01 iyun 2018-ci il tarixədək isə “Ümumi tarix” kafedrasında baş laborant işləmişdir.  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 94 nömrəli qərarına əsasən 01 iyun 2018-ci il tarixdən laborant vəzifəsinə təyin edilmişdir. Haliyədə “Ümumi tarix” kafedrasında laborant işləyir.