Tələbə-müəllim mobilliyi sahəsində bir sıra universitetlərlə əldə olunan razılığa əsasən NDU-nun müəllim və tələbələri həmin universitetlərdə bir müddətlik təhsil və fəaliyyətini davam etdirəcəklər

Tələbə-müəllim mobilliyi sahəsində bir sıra universitetlərlə əldə olunan razılığa əsasən NDU-nun müəllim və tələbələri həmin universitetlərdə bir müddətlik təhsil və fəaliyyətini davam etdirəcəklər

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti, Türkiyənin Çankırı Qaratəkin Universiteti və Atatürk Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə və tələbə-müəllim mobilliyi sahəsində razılığa əsasən ali təhsil müəssisəsinin bir sıra müəllim və tələbələri həmin universitetlərdə bir müddətlik təhsil və fəaliyyətini davam etdirəcəklər.

Belə ki, Naxçıvan Dövlət Universitetinin Fəlsəfə və sosial iş kafedraşının baş müəllimi Kamran Vəlizadə 1 həftə müddətinə Erasmus+müəllim mübadiləsi ilə Çankırı Qaratekin Universitetində mobillik etməyə haqq qazanıb.

Universitetinin Psixologiya ixtisası III kursunda təhsil alan Əliyarova Nəzrin bir semestr müddətinə tələbə mobilliyi çərçivəsində təhsilinə Atatürk Universitetində davam edəcək.

Universitetinin Tərcümə (İngilis-Azərbaycan dili) ixtisası II kurs tələbəsi Qasımlı Zeynəb bir semestr müddətinə tələbə mobilliyi çərçivəsində təhsilinə Azərbaycan Dillər Universitetində davam edəcək.

Leave a Reply

Your email address will not be published.