Tələbə Gənclər Təşkilatı

Naxçıvan Dövlət Universitetində 1998-ci ilin may ayında təsis olunmuş Universitet Gənclər Təşkilatı fəaliyyət göstərir.
Təşkilatın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
- Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması;
- gənclər arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
- onların asudə vaxtının səmərəli təşkil edilməsi;
- respublika daxilində və xaricdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı gənclərin iştirakının təşkil edilməsi;
- tələbələrin iştirakı ilə müsabiqələrin ,seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompanyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxsiyyətlərlə görüşlərin təşkil edilməsi və s.
2020-ci il dekabr ayından etibarən Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qasımov Əziz Kamal oğludur.
2018-ci il və 2019-cu ildə Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı “Muxtar Respublikanın ən yaxşı Tələbə Gənclər Təşkilatı” adını qazanmışdır.
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən klublar
- İntellektual oyunlar klubu
İntellektual oyunlar klubunun məqsədi universitetimizdə intellektual potensiala malik olan tələbələri aşkar etmək və onların asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini təmin etməkdir.
- Kitab klubu
Kitab klubunun məqsədi, tələbələrin mütaliəyə olan həvəsinin artırılması, kitab müzakirələrinin keçirilməsi, tələbələrin dərsdən kənar fəaliyyətini səmərəli təşkil etməkdən ibarətdir.
- Debat klubu
Debat klubunun məqsədi, universitet tələbələri arasında müxtəlif mövzulara həsr olunmuş müzakirələrin keçirilməsi, tələbələrdə natiqlik qabiliyyətinin inkişaf etdirilməsidir.
- Şahmat klubu
Şahmat klubunun məqsədi, şahmat sahəsində bacarığı olan tələbələrin aşkara çıxarılması, şahmat yarışlarının keçirilməsi, şahmat sahəsinə marağı olan tələbələrə kursların keçirilməsidir.