Tələbələr təcrübə dövründə Ümumilli lider Heydər Əliyevin 98-ci ildönümünə hərs olunmuş bilik yarışması keçiriblər

Tələbələr təcrübə dövründə Ümumilli lider Heydər Əliyevin 98-ci ildönümünə hərs olunmuş bilik yarışması keçiriblər

Naxçıvan Dövlət Universiteti “Riyaziyyat- İnformatika” müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə keçdikləri təcrübə ərzində  Ümumilli lider Heydər Əliyevin 98-ci ildönümünə hərs olunmuş və V və VIII sinifləri əhatə etməklə  bilik yarışması təşkil ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Məktəbin direktoru Günay Novruzova tələbələrin təcrübə dövrünü səmərəli qiymətləndirib və şagirdlərə uğurlar arzulayıb. Əvvəlcə test əsasında bilikləri yoxlanılan şagirdlərdən ən yüksək nəticə toplayanı müsabiqəyə qatılıb. İki mərhələdən ibarət yarışmasın ilkin mərhələsində hər birində 4 şagird olmaqla 4 komanda iştirak edib. “Günnüt”, “Nuhyurdu”, “Xarıbülbül” və “Zəfər” komandalarından ən yüksək nəticəni göstərən “Zəfər” və  “Xarıbülbül” komandaları finala vəsiqə qazanıblar. Birincilik uğrunda öz biliklərini nümayiş etdirən “Zəfər” komandası 15 xal toplayaraq rəqiblərini geri qoyaraq qalib olub.

Fizika-riyaziyyat fakültəsinin dekanı Orxan Cəfərov qalib komandanı diplom və hədiyyələrlə təltif edib.