
TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
Universitetə ödənişli əsaslarla qəbul olunmuş İMTİYAZLI tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər
1.MƏCBURİ KÖÇKÜN,
2.VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ,
3.VALİDEYNİ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN
4.SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞINADƏK, HABELƏ I VƏ II DƏRƏCƏ ƏLİLLİYİ OLAN
MƏCBURİKÖÇKÜNLƏR
- Tələbənin məcburi köçkünvəsiqəsi (əsli və surəti);
- Tələbənin və hər iki valideyninin şəxsiyyət vəsiqələrinin əsli və surəti (notariusda təsdiq edilmiş)
- Tələbənin və hər iki valideyninin məcburi köçkünlük sənədinin əsli və surəti (notariusda təsdiq edilmiş) (Valideyini hər ikisi məcburi köçkündürsə)
- Şəxsiyyət vəsiqəsi (əsli və surəti);
- Rayon (şəhər) icra hakimiyyətində yaradılmış «Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi»nin yerli nümayəndəsindən arayış.
- Rektorun adına ərizə
Qeyd:
- Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ TƏLƏBƏLƏR:
- Tələbənin valideyninin şəxsiyyət vəsiqəsi (əsli və surəti);
- Himayəyə və qəyyumluğ averilmə barədə icra hakimyyətinin qərarı;
- Ölüm haqqında şəhadətnamə;
- Tələbənin doğum haqqında şəhadətnaməsi;
- I və ya II qrup əlil olan şəxslərin əlillik vəsiqəsi;
- Şəhər və ya rayon DSMF – dan arayış;
- Rektorun adına ərizə
Qeyd:
- Valideyn himayəsindən məhrum olmuş şəxslər hər iki valideynini itirmiş və ya bir valideyni vəfat etmiş, digər valideyni I və II qrup əlil olan şəxslər hesab edilir, təhsil haqqının ödənilməsindən azad edilərək ikiqat təqaüdlə təmin olunur. (Dövlət sifarişli qəbul olanlarda)
- Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
“AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARI:
- Valideyinin və tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
- Ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı) (şəhid ailəsi üçün);
- Əlillik vəsiqəsinin surəti;
- Şəhər və ya rayon DSMF – dan arayış;
- Rektorun adına ərizə
Qeyd:
- Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
BAKALAVRİAT VƏ MAGİSTRATURA TƏHSİL SƏVİYYƏLƏRİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNAN SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞINADƏK UŞAQLAR, HABELƏ I VƏ II DƏRƏCƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏR:
- Şəxsiyyət vəsiqəsi (əsli və surəti);
- doğum haqqında şəhadətnamə (şəxsiyyət vəsiqəsi almayanlar üçün) (əsli və surəti);
- Tələbənin əlilik vəsiqəsinin (əsli və surəti)
- Şəhər və ya rayon DSMF – dan arayış;
- Rektorun adına ərizə
Qeyd:
- Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır