Tələbəmiz badminton birinciliyinin qalibi olub

Tələbəmiz badminton birinciliyinin qalibi olub

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə tədbirlər planı çərçivəsində 10-17 Noyabr–Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı ardıcıl tədbirlər keçirilir.

Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton birinciliyi baş tutub.

NDU-nun tələbəsi Əminə Hüseynova bütün rəqiblərini üstələyərək birinci yerin sahibi olub.