Tələbəmiz təqaüd proqramının qalibi olub

Tələbəmiz təqaüd proqramının qalibi olub

Naxçıvan Dövlət Universitetinin Dövlət və ictimai münasibətlər ixtisasının III kurs tələbəsi Nicat Səfərli Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən elan edilən “100 illik – ∞” Tələbə Təqaüd Proqramı çərçivəsində keçirilən esse müsabiqəsinin qaliblərindən biri olub.

“100 illik – ∞” Tələbə Təqaüd Proqramının qalibləri 26 Noyabr Bakı Konqres Mərkəzində Prof. Dr. Celal Şengör və Prof. Dr. İlber Ortaylının iştirakı ilə keçirilən “Dünyada mövcud beyin köçü” adlı master klassda elan edilib.