Tələbə Gənclər Təşkilatı

Naxçıvan Dövlət Universitetində 1998-ci ilin may ayında təsis olunmuş Universitet Gənclər Təşkilatı fəaliyyət göstərir.

Təşkilatın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  1. Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması;
  2. gənclər arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
  3. onların asudə vaxtının səmərəli təşkil edilməsi;
  4. respublika daxilində və xaricdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı gənclərin iştirakının təşkil edilməsi;
  5. tələbələrin iştirakı ilə müsabiqələrin ,seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompanyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxsiyyətlərlə görüşlərin təşkil edilməsi və s.

2020-ci il dekabr ayından etibarən Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qasımov Əziz Kamal oğludur.

2018-ci il və 2019-cu ildə Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı “Muxtar Respublikanın ən yaxşı Tələbə Gənclər Təşkilatı” adını qazanmışdır.

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən klublar 

  1. İntellektual oyunlar klubu

İntellektual oyunlar klubunun məqsədi universitetimizdə intellektual potensiala malik olan tələbələri aşkar etmək və onların asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini təmin etməkdir.

  1. Kitab klubu

Kitab klubunun məqsədi, tələbələrin mütaliəyə olan həvəsinin artırılması, kitab müzakirələrinin keçirilməsi, tələbələrin dərsdən kənar fəaliyyətini səmərəli təşkil etməkdən ibarətdir.

  1. Debat klubu

Debat klubunun məqsədi, universitet tələbələri arasında müxtəlif mövzulara həsr olunmuş müzakirələrin keçirilməsi, tələbələrdə natiqlik qabiliyyətinin inkişaf etdirilməsidir.

  1. Şahmat klubu

Şahmat klubunun məqsədi, şahmat sahəsində bacarığı olan tələbələrin aşkara çıxarılması, şahmat yarışlarının keçirilməsi, şahmat sahəsinə marağı olan tələbələrə kursların keçirilməsidir.