Tələbə Həmkarlar İttifaqı Komitəsi

Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbə gənclərin potensialının üzə çıxarılması, tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupa daxil olan tələbələrə maddi dəstək verilməsi, onların sosial problemlərinin həll olunmasına yardım göstərən tələbə təşkilatıdır. Öz sıralarında NDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirir.

NDU THİK tələbələrlə sistemli iş aparır, tədbirlər həyata keçirir, onların ölkənin və NDU-nun ictimai həyatına fəal qoşulmasına kömək edir. Təşkilat əsasən təhsilalanların hüquqlarının qorunması, onların Universitetetin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə aktiv iştirakının təmin edilməsi; tələbələrin sosial problemlərinin həlli, onların təhsil şəraitinin yaxşılaşdırılması, təhsilsalanlar arasında maarifləndirmə işinin aparılması; respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi; tələbələr arasında zərərli vərdişlərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi; tələbələrin iştirakı ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi və s. istiqamətində fəaliyyət göstərir.

      THİK tələbələrin elmə və biliyə olan marağının artırılması, sağlam gənclərin formalaşması, tələbələr arasında vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik və azərbaycançılıq ideyalarının, yoldaşlıq, kollektivçilik münasibətlərinin təbliği, sağalmlığın və təhlükəsizliyin qorunması, asudə vaxtın və istirahətin səmərəli təşkili və s. məqsədilə sistemli iş aparır.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin  sədri: Hüseyn İmanov