Tələbə İnformasiya Mərkəzi

Naxçıvan Dövlət Universitetində Tələbə informasiya mərkəzi 2008-ci ildə ali məktəbin Elmi Şurasının qərarı ilə yaradılmışdır. Tələbə informasiya mərkəzi tələbələrin ictimai fəallığını artırmağa, tələbə elmi-tədqiqat işlərinin kütləviliyinə nail olmağa, istedadlı tələbələri aşkara çıxarmağa, tələbələrdə vətənpərvərlik və dövlətçilik amalını daha da qüvvətləndirməyə xidmət edir.

Tələbə informasiya mərkəzi Azərbaycan həqiqətlərini elektron vasitələrin köməyi ilə müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmağı özünün prioritet vəzifəsi sayır. Bu məqsədlə 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımı günü, Qarabağ münaqişəsi, Naxçıvanın tarixi və çağdaş  inkişafı barədə məlumatların müxtəlif dillərdə dünya universitetlərinə çatdırılması istiqamətində görülən işlər mühüm əhəmiyyətə malikdir.