Tələbə Turizm Assosiasiyasi

Naxçıvan Dövlət Universitetində tələbə turizm assosiasiyası Elmi Şuranın qərarı ilə 2010-cu ildə magistratura üzrə dekanlığın nəzdində yaradılmışdır. Assosiasiyanın məqsədi universitetdə təhsil alan bakalavr və magistrlərin Naxçıvan MR-in, Azərbaycanın və qonşu ölkələrin görməli yerlərinə, tarixi, memarlıq abidələrinə səyahətini təşkil etmək, bu yolla onların elmi-mədəni dünyagörünüşünü daha da inkişaf etdirməkdən ibarətdir.

2010-cu ildə assosiasiya xətti ilə bakalavr və magistrlərin bir qrupu Türkiyə Cümhuriyyətinin yaxın bölgələrinə turist səfəri etmişlər. 2011-ci ilin iyulunda isə Naxçıvan-Bakı-Qobustan-Şəki-Qəbələ marşrutu üzrə səfər təşkil olunmuş, tələbələr həmin regionların tarixi, mədəniyyəti, təbiəti ilə əlaqədar görməli yerlərlə tanış olmuş, müvafiq bilik toplamışlar.

Tələbə turizm assosiasiyası özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərir.