Tahirov Əli Səfəralı oğlu

Biologiya üzrə fəlsəfə doktoru, baş müəllim

              Əli Səfəralı oğlu Tahirov 03 aprel 1965-ci ildə Naxçıvan MSSR, Naxçıvan rayonunun Cəhri kəndində anadan olub. 1982-ci ildə Babək rayon Q.Əkbərov adına Cəhri kənd orta məktəbini bitirib. 1986-cı ildə Rusiya Federasiyası Rostov Vilayətində Don Kənd Təsərrüfatı İnstitutunun “Zoomühəndis” fakültəsinə daxil olub və 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1991-ci ilin sentyabrından isə Naxçıvan Dövlət Universitetinin “Zoologiya” kafedrasında əvvəl baş laborant, laboratoriya müdiri və 1999-cu ildən universitetin I şöbə rəisi vəzifəsində işləyir. Hal-hazırda “Baytarlıq təbabəti” kafedrasında 0.5 ştat müəllim vəzfəsində çalışır. 2001-ci ildən Naxçıvan Dövlət Universiteti “Zoologiya kafedrası”nın dissertantı olmuş və 2007-ci ildə AMEA-nın Zoologiya İnstitutunda “Naxçıvan MR-də bal arısı ailələrində arıların yetişdirilməsi və paket arıçılığın inkişafı” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Biologiya üzrə fəlsəfə doktorudur. 45-dən artıq elmi əsərin o cümlədən bir dərs vəsaiti, bir monoqrafiya, bir proqrammın müəllifidir. Ailəlidir, üç övladı vardır.

 

Dərc olunmuş elmi və tədris-metodiki işləri:

 

  1. Naxçıvın MR-də qaramal cinslərinin iqlimə uyğunlaşmasına təsir edən amillər. Naxçıvan MR 75. Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlıq və onun mühafizəsi., NDU, “Qeyrət nəşriyyatı” Naxçıvan 1999, s..108-110
  2. Ana arıların yetişdirilməsi üçün məhsuldar və xəstəliklərə davamlı damazlıq arı ailələrinin seçilməsi. XX əsrin sonunda heyvan­lar aləminin qorunması. Akademik M.Ə.Mus­ayevin 80 illiyinə həsr olunmuş el­mi konfransın mat. Elm, Bakı, 2001, 155-157 (həmmüəlliflər: R.L.Sultanov H.T.Hüseynov)
  3. Naxçıvan MR-in ərazisində erkən ana arıların yetişdirilməsi. XX əsrin sonunda heyvan­lar aləminin qorunması. Akademik M.Ə.Musayevin 80 illiyinə həsr olunmuşel­mi konfransın mat. Elm, Bakı, 2001 s.203-204
  4. Naxçıvan MR-in ərazisində bal arılarında aparılan damazlıq işləri. Odlar Yurdu Universite­tinin elmi və pedaqoji “Xə­­bər­ləri”i, № 5, “Odlar Yurdu” nəşriyyatı, Bakı. 2001, s.178-182 (həmmüəllif: R.L.Sultanov)
  5. Naxçıvan MR-in ərazisində erkən ana arıların yetişdiril­məsində balverən bitkilərin nektar məhsuldarlığının rolu. Naxçıvan Muxtar Respublikasının flora və faunasının tədqiqi, Elmi konfrans mat., Qeyrət, Naxçıvan, 2002, s. 44-47
  6. Naxçıvan MR-da paket arıçılığının inkişaf etdirilməsi. Aspirantların və gənc tədqiqatçıların IX respublika konfransının materialları, Bakı, 2003, s. 118-119
  7. Naxçıvan MR-in ərazisində arı ailələrinin artırılmasında paket arıçılığının rolu. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, №10, Qeyrət, Naxçıvan, 2003, s.76-77
  8. Naxçıvan MR ərazisində arı ailələrində erkən erkək arılarınn yetişdirilməsi. Naxçıvanın tarixi, mad­­­­­­­di və mənəvi mədə­niyyətinin, təbii sərvət­lərinin öyrənilməsi. Elmi konf. mat. AMEA Nax­çıvan bölməsi, Elm, Bakı, 2004,  257-260
  9. Payız dövründə arıxanada arıçıların gördükləri əsas işlər. Arıçılıq jurnalı, № 1, Bakı, 2005, s. 12-18 (həmmüəlliflər: R.L.Sultanov,H.T.Hüseynov, E.S.Əsədov).
  10. Naxçıvan MR-in müxtəlif bölgələrində arı ailələrinin il ərzində inkişaf dinamikası. AMEA-ın Naxçıvan Bölmə­­sinin”Xəbərlər”i,Tə­biət və texniki elmlər se­riyası, № 3, “Tusi”, Naxçıvan, 2006, s. 177-182
  11. Naxçıvan MR şəraitində arı ailələrinin inkişaf dinamikasının artırılması yolları. AMEA-ın Naxçıvan Böl­məsinin”Xəbərlər”i, Tə­biət və və texniki elmlər se­riyası, № 2 ,“Tusi”, Naxçıvan, 2007, s. s.184-189
  12. Naxçıvan MR-də erkən yazda mayalanmamış ana arı­ların erkək arılarla cütləş­dirilməsinin xüsusiyyətləri və­ onun təşkili. AMEA-ın Naxçıvan Böl­məsinin”Xəbərlər”i, № 4, Tə­biət və texniki elmlər seriyası, 2007, s. 171-177
  13. Müxtəlif ərazilərdə ilin fəsillərindən asılı olaraq bal arısı (Apis mellifera L.) ailələrində yetişdirilən arı nəsillərinin inkişaf xüsusiyyətləri. AMEA-ın Naxçıvan Böl­məsinin”Xəbərlər”i, Tə­biət və texniki elmlər seriyası, № 4, 2008, s. 162-166
  14. Tədrisin keyfiyyətinin yüksəldilməsində yeni təlim texnologiyalarının rolu. Bakı Dövlət Universitetinin 90 illik yubleyinə həsr olunmuş “Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları” movzusunda I respublika elmi-metodiki konfrasının materialları. Bakı, 2009, s. 78-79 (həmmüəlif: Y.Babayeva)
  15. Naxçıvan MR ərazisində arıçılığın yetişdirmə istiqamətində inkişaf etdirilməsinin perspektivləri. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Təbiət elmləri və tibb seriyası, № 1, 2009, , s.68-70 (həmmüəllif: Əsədov)
  16. Değişik şekillerde yetişdirilmiş ana arıların çifleştirilmesinin esas özellikleri. V.Ulusal Reprodüksiyon ve Suni Tohumlama Kongresi (Uluslararası katılımlı). 01-04 ekim, 2009, Elazığ, s.20-21
  17. Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişaf tarixi, müasir vəziyyəti və perspektivləri. Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri. II cild, Bakı, Elm, 2010, s.272-277 (həmmüəlliflər: Əsədov, H.Hüseynov)
  18. Nahcıvan Özerk Cumhuriyetinde Bal Arısı (Apis mellifera L.) Kolonilerinin Gelişim Süsesinin Hızlan-dırılması Yollarının Araşdırılması. Kafkas Universitesi Veteriner Fakültesi Dergisi. 2010, № 16 (5), s.861-866 (həmmüəlliflər: Hüseynov, E.Əsədov)
  19. Naxçıvan MR şəraitində mədəni bitkilərə ziyan vuran lövhəbığ böcəklərin (Coleptera, scarabaeidae) növ tərkibi və yayılma xüsusiyyətləri. AMEA-ın Naxçıvan Böl­məsinin”Xəbərlər”i, Tə­biət və texniki elmlər seriyası, 2011, № 2, s. 219-224  (həmmüəlliflər: Məmmədov, H.Hüseynov)
  20. Naxçıvan MR-də arı ailələrinin nozema (Nosema apis Z.) paraziti ilə yoluxma dərəcəsinin bal məhsuldarlığına təsiri. Araz hövzəsi I. Beynəlxalq parazitar xəstəliklər simpoziumu. Naxçıvan, 19-21 mart, 2011, s. 98-104 (həmmüəlliflər: Hüseynov, M.Seyidli)
  21. Nozematozun arıların vərəmum toplama fəaliyyətinə təsirinin araşdırılması. Araz hövzəsi I. Beynəlxalq parazitar xəstəliklər simpoziumu. Naxçıvan, 19-21 mart, 2011, s. 105-110 (həmmüəllif: Əsədov)
  22. Naçıvan Özerk Cumhuriyyetinde Erken İlkbaharda Arı Kolonilerinin Nosema apis ile enfeksiyon Derecesine göre Gelişme Durumları. 17.Ulusal Parazitoloji Kongresi ve Kafkasiya ve ortadoğu paraziter Hastalık-lar sempozyumu. 4-10 sentyabr, 2011, Kars/ Turkiye, Proqram ve Özet kitabı,, s.319 (həmmüəllif: Hüseynov)
  23. Naxçıvan MR ərazisində bal arısının (Apis mellifera L.) əsas eksteryer əlamətləri. Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri. IV cild, Bakı, Elm, 2012, s.67-71 (həmmüəllif: Əsədov)
  24. Формирование и использование пакетных пчелиных семей в условиях Нахчыванской Автономной Республики Азербайджана. VII Междунородная научно-практическая конференция «Аграрная наука-сельскому хозяйству». Сборник статей, Книга 3, Барнаул, 2012, с. 184-185 (həmmüəlliflər: Юустамли, Г.Гусейнов)
  25. Nahcıvan Özerk Cumhuriyeti Ortamında Erken Ana Arıların Yapay Tohumlanması İçin Erkek Arıların Yetiştirilmesi.Ulusal Reprodüksiyon ve Suni Tohumlama Kongresi (Uluslararası katılımlı). 01-04 temuz, 2013, Kars, s.24-25 (həmmüəlliflər: E.Asadov, H.Huseynov, Y. Rüstemli)
  26. Naxçıvan MR-in Arazboyu düzənlik ərazisindən toplanmış vərəmumun tərkibindəki mikroelementlərin miqdarı. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Təbiət elmləri və tibb seriyası, 2013, № 1(49 ), s.44-47 (həmmüəllif: Əsədov)
  27. Development of the package apiculture in the condition of continental climate. XXXXIII International Apicultural Congress 29 September – 04 October 2013 Kyiv,s.313-314
  28. Kənd təsərrüfatı bitkilərinin tozlanmasında bal arısının rolu. Naxçıvan Dövlət Universi-tetinin elmi əsərləri. Təbiət elmləri və tibb seriyası, 2013, № 2( 55), s.18-21 (həmmüəlliflər: Əsədov, Y. Rüstəmli)
  29. Sağlam arı ailələrinin yetişdirilməsində paket arıçılığının rolu-Məqalə-Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi:problemlər və perspektivlər. Beynəlxalq konfransın materialları (23-24 may 2014), Naxçıvan,37-40 (həmmüəllif: Huseynov)
  30. Bal arısının xəstəlikləri və zərərvericiləri. Dərs vəsaiti.Naxçıvan, “Əcəmi”, 2014, 240 s (həmmüəlliflər: Məhərrəmov, E.Əsədov H.Hüseynov Y.Rüstəmli)
  31. Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafına təsir edən əsas amillər. Regionda arıçılığın inkişaf perspektivləri. Beynəlxalq elmi-praktik konfrans (24-25 oktyabr 2014), “Qeyrət” nəşriyyatı, 2014, s.25-32
  32. “Qida toksikoinfeksiyaları və toksikozları” mövzusunun tədrisinə dair. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Təbiət elmləri və tibb seriyası, 2014, № 8(64), s.128-133 (həmmüəllif: Rüstəmli)
  33. Paket arıçılığının tətbiqinin səmərəliliyi. BDU-nun biologiya fakültəsinin 80 illik yübleyinə həsr olunmuş ”Ekperimental biologiyanın perspektivləri” mövzusunda Respublika Elmi Konfransın materialları (19-20 dekabr), Bakı,2014, s.94-95
  34. Роль пчеловодства в экономичееском развитии Нахчыванской Автономной Республике. Международный экономический журнал, 2015, №-1, с.22-26 (həmmüəlliflər: А.Рустамов, Э.Асадов)
  35. Naxçıvan MR-də arıçılıq məhsullarının istehsalının mövcud vəziyyəti və perspektivləri. Müasir arışılığın problemləri və inkişaf xüsusiyyətləri. Beynəlxalq elmi-praktik konfrans (24-25 aprel 2015),”Qeyrət” nəşriyyatı, 2015, s.25-29
  36. Naxçıvan MR-də arı yetişdirilməsinin imkan və perspektivləri. Müasir arışılığın problemləri və inkişaf xüsusiyyətləri. Beynəlxalq elmi-praktik konfrans (24-25 aprel 2015),”Qeyrət” nəşriyyatı, 2015,s.45-49
  37. Kiçik arıçılıq təsərrüfatlarında ana arıların yetişdirilməsinin təşkili. Kənd təsərrüfatının inkişafı: realıqlar və perspektivlər. beynəlxalq konfrans (15-16 may 2015), “Qeyrət” nəşriyyatı, 2015, s.33-37 (həmmüəllif: N.Məmmədov)
  38. Naxçıvan Muxtar Respublikasında damazlıq arıxananın təşkilinin əsasları. Azərbaycan Dövlət Aqrar Universiteti. “Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusunda. Beynəlxalq elmi-praktik konfrans. 23-24 oktyabr 2015-ci il,521-526
  39. Naxçıvan Muxtar Respublikası şəraitində çəyirdəkli meyvə ağaclarının başlıca zərərvericilərinin morfo-bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti. AMEA-ın Naxçıvan Böl­məsinin”Xəbərlər”i, Tə­biət və texniki elmlər seriyası, 2015, № 4, s. 204-216     (həmmüəlliflər: A.Qasımov, H.Hüseynov)
  40. Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri. Naxçıvan: “Əcəmi” Nəşriyyat-poliqrafiya birliyi.2015, 256 s. (həmmüəlliflər: S.Məhərrəmov, E.Əsədov)
  41. Azərbaycanda arıçılıq məhsullarının istehsalının mövcud vəziyyəti və perspektivləri (Naxçıvan iqtisadi rayonu üzrə). Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Təbiət elmləri və tibb seriyası, 2016, № 6(76), s.128-133 (həmmüəllif: E.Əsədov)
  42. Naxçıvan Muxtar Respublikası şəraitində entomofaunanın tədqiqinə dair. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Təbiət elmləri və tibb seriyası, 2015, № 3 ( 68), s.19-22 (həmmüəlliflər: Y. Məmmədov, A.Məmmədova)
  43. Naxçıvan MR şəraitində erkən yazda müxtəlif üsullarla yetişdirimiş ana arıların keyfiyyət göstəriciləri. Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri. VIII cild, Bakı, Elm, 2016, s.99-105
  44. Naxçıvan Muxtar Respublikasında paket arıçılığın tətbiqinin əsasları. Naxçıvan Dövlət Universiteti. III Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı (26-27 may, 2017), ”Qeyrət” nəşriyyatı, 2017,s.44-49
  45. Naxçıvanda arıçılq: dünən, bu gün və sabah. Naxçıvanı tanıyaq. Məqalələr toplusu. Bakı: Mütərcim, 2017, s.265-279
  46. Sarı Qafqaz bal arısı cinsi (Apis mellifera remipes Gerst.) Naxçıvan populyasiyasının genofondunun qorunması və təkmilləşdirilməsi yolları. Naxçıvan Dövlət Universiteti. IV Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı (26-27 may, 2018), ”Qeyrət” nəşriyyatı, 2018, s.69-72
  47. Naxçıvan Muxrtar Respublikasında arıçılığın yem bazası və ondan səmərəli istifadə yolları. Naxçıvan Dövlət Universiteti. V Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı (24-25 may, 2019), ”Qeyrət” nəşriyyatı, 2019, s.16-20 (həmmüəlliflər: Y.Rüstəmli, H.Hüseynov)
  48. 01-Entomologiya ixtisası üzrə fəlsəfə doktoru minimum imtahanının proqramı. NDU-nun “Qeyrət” nəşriyyatı, Naxçıvan, 2019, 11 s.