Tanınmış təlimçi, araşdırmaçı Orxan Şahbazla tələbələrin görüşü keçirilib

Tanınmış təlimçi, araşdırmaçı Orxan Şahbazla tələbələrin görüşü keçirilib

Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ali təhsil ocağında 5 dekabr Beynəlxalq Könüllülər Günü ilə əlaqədar tanınmış təlimçi, araşdırmaçı Orxan Şahbazla tələbələrin görüşü keçirilib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyin İmanov çıxış edərək təlimçi Orxan Şahbazı universitetdə görməkdən məmnunluğunu ifadə edib, görüşün məqsədi ilə bağlı iştirakçıları məlumatlandırıb.

Görüşdə Orxan Şahbaz tələbələrə effektiv və səmimi ünsiyyət, natiqlik kimi mövzularda təlim keçib və tələbələrin mövzular ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Leave a Reply

Your email address will not be published.