TƏDRİS ŞÖBƏSİ
Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsi universitetdə tədris-metodiki işlərin təşkili və əlaqələndirilməsi ilə bağlı məsələlərlə məşğul olur. İxtisaslar üzrə tədris planlarının, işçi planların, tədris tapşırıqlarının, kafedraların dərs bölgülərinin hazırlanmasında iştirak edir, onları yoxlayıb təsdiqə təqdim edir.
Tələbələrin universitetə qəbulu, onların möhlət və bərpa əmrləri, kursdan-kursa keçmələri, məzun olma, diplom vermə və s. barədəki müvafiq işlər də bu şöbə tərəfindən həyata keçirilir.
Şöbə universitetdə açıq dərslərin təşkili, saathesabı tədris fondunun icrası və sair məsələlərlə əlaqədar nəzərdə tutulan işləri təşkil edir.
Tədris şöbəsinin müdiri, Şahin Yusif oğlu Əliyevdir.
Əlaqə telefonu: (+99436) 545-20-32
Əliyev Şahin Yusif oğlu-Tədris şöbəsinin müdiri
Tarverdiyev Anar Məşdi oğlu-Tədris şöbəsinin müdir müavini
Seyidova Nazlı Sərdar qızı- Tədris şöbəsinin baş statisti
Orucov Çingiz Aydın oğlu- Tədris şöbəsinin istehsalat təcrübə rəhbəri
Qocayev Elvin Firdovsi oğlu-Tədris şöbəsinin baş metodisti
Həsənova Səkinə Əli qızı- Tədris şöbəsinin metodisti
Əlibəyli Qismət İntiqam oğlu- Tədris şöbəsinin baş inspektoru
Baxışəliyeva Elvira Səlvər qızı- Tədris şöbəsinin inspektoru
Şirinova Əsmər Əhməd qızı- Tədris şöbəsinin inspektoru