Kəmalə Təhməzbəyova Cəmil qızı

                                 Baş müəllim

 Mən Kəmalə Təhməzbəyova Cəmil qızı  20 dekabr 1959 cu ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşam. 1967 ci ildə Əli Sultanov adına  9 № orta məktəbə daxil olmuşam və həmin məktəbi 1977-ci ildə bitirmişəm. Elə həmin ili Naxçıvan Elektrotexnika zavodunda işə daxil olmuşam.1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təssərrüfatı İnstitunun İqtisad fakultəsinə daxil olmuşam və 1985-ci ildə həmin fakultəni bitirmişəm. 1985-ci ildə Naxcıvan Kooperativlər İttifaqı Ticarət Təşkilatınin plan söbəsində “İqtisadçı” vəzifəsinə təyin olunmuşam. 1998-ci ildə Naxcıvan ticarət təşkilatı ləgvi ilə əlaqədar işdən azad olunmuşam.

 2000-ci ildə Naxcıvan Dövlət Universitetinin İqtisad fakültəsinin  Mühasibat uçotu və maliyyə kafedrasına   müəllim vəzifəsinə seçilmişəm. 2015-ci ildə baş müəllim vəzifəsinə seçilmişəm. Haliyyədə həmin kafedrada çalışmaqdayam.