TƏLƏBƏ TEATR STUDİYASI
Naxçıvan Dövlət Universitetində “Teatr və Mədəniyyətşünaslıq “kafedrası nəzdində fəaliyyət göstərən Tələbə Teatr Studiyasının təcrübəsi buna layiqli nümunə sayıla bilər. Artıq Tələbə Teatr Studiyası universitetin mədəni həyatının tərkib hissəsinə, çoxminli kollektivin mənəvi-estetik ehtiyaclarının ödənilməsi işinə xidmət edən mədəniyyət ocağına çevrilmişdir. Aktyorluq ixtisası ilə yanaşı müxtəlif ixtisaslarda təhsil alan tələbələri öz ətrafına toplayan bu studiya hazırladığı tamaşalarla nəinki universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanmış, həmçinin muxtar respublikanın mədəni həyatında, respublikamızdan kənarlarda da da uğurlar əldə etmişdir.
Bu illər ərzində yüzlərlə gənc istedadlı tələbə studyamızın üzvü olmuş, teatr, yallı və rəqs, bədii qiraət qruplarında fəaliyyət göstərmiş, oynadıqları bir çox maraqlı tamaşaları, yallı və rəqsləri, müxtəlif səpgili tədbir və proqramlardakı bədii obrazları ilə universitetimizin mədəni həyatına xüsusi rəng qatmışdırlar.
Ötən 2018 il TTs-sı üçün ən əlamətdar hadisələrdən biri studiyanın 20 illik fəaliyyətini əks etdirən,”NDU Tələbə Teatr Studiyası – 20” adlı kitabın nəşr olunmasıdır. Bu kitabı Qocaman təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin 50 illiyinə yubiley hədiyyəsi hesab etmək olar. Kitabın ilk səhifəsi Ümummilli Lider Heydər Əliyevin bu sözlərilə başlayır: “Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir”.
Tələbə Teatr Studiyasının uğurlu fəaliyyətinin təmin olunmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi diqqət və qayğısı mühüm rol oynamışdır. Cənab Vasif Talıbovun vaxtaşırı olaraq ali məktəb teatrının hazırladığı tamaşalara baxması, tələbə aktyor kollektivinə dəstək və tövsiyələr verməsi studiyanı cəmiyyətin diqqət mərkəzinə çəkmiş və bu kollektivin inkişafına təkan vermişdir. Tələbə Teatr Studiyasının fəaliyyətini yüksək dəyərləndirən hörmətli Vasif Talıbovun bu dəyərli sözləri də kitabın ilk səhifəsində əks olunmuşdur: “Azərbaycan universitetləri arasında Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası daha çox uğur qazanan gənc yaradıcı kollektiv kimi diqqəti cəlb edir”.
Tələbə Teatr Studiyası bu illər ərzində Kamal Abdullanın “Beyrəyin andı” (1999), türk yazıçısı Turan Oflazoğlunun “Atatürk” (2000), Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (2001), “Ölülər” (2004), “Poçt qutusu” (2005), ”Danabaş kəndinin məktəbi” (2006), Həmid Arzulunun “Qaçaq quşdan” əsəri əsasında səhnələşdirilmiş “Milaxda həyəcan” (2005), Nazim Hikmətin “Qəribə adam” (2012), Esxilin “Zəncirlənmiş Prometey”(klassik yunan faciəsi – 2013), Adil Babayevin “Sarı gəlin” (2014), Elnur Rzayevin “Boz” (pantomim tamaşa -2015), Kamal Abdullanın “Bir,iki bizimki” (absurd janrda mono tamaşa-2016),Vüsal Rzayevin” Vaxtsız gələn qonaq” (mono tamaşa-2017), klassik Alman dramaturqu Qothold Efraim Lessinqin eyniadlı əsəri əsasında yenə həmyerlimiz yazıçı-dramaturq Həmid Arzulunun tərcümə etdiyi “Emiliya Qalotti” (2017), tamaşalarını hazırlayıb təqdim etmişdir.
Studiya bu tamaşaları Muxtar respublikanın rayonlarında, Bakıda, o cümlədən Türkiyə Cümhuriyyətinin bir neçə universitetində və şəhərlərində uğurla nümayiş etdirmişdir.
TƏLƏBƏ OPERA STUDİYASI
Şən və hazircavablar klubu
Naxçıvan Dövlət Universitetində «Karvan» şən və hazırcavablar klubu 1999-cu ildən fəaliyyət göstərir.
Bu komanda indiyədək 6 dəfə Naxçıvan Muxtar Respublikası üzrə çempionatın qalibi olmuş, 2000-ci və 2002-ci illərdə isə Azərbaycan çempionatının mükafatçıları sırasında yer almışdır. Karvan ŞHK komandası Türkiyə Cümhuriyyətində keçirilən müxtəlif şənliklərdə, festivallarda da iştirak etmişdir.
RƏQS QRUPU
Naxçıvan Dövlət Universitetinin mədəniyyət mühitində 2005-ci ildən fəaliyyət göstərən rəqs qrupunun özünəməxsus yeri vardır. Qrupun repertuarında Azərbaycan xalq rəqsləri geniş yer tutur.
Rəqs qrupu universitetdə keçirilən mədəni-kütləvi tədbirlərdə maraqlı və rəngarəng proqramlarla çıxış edir. Müxtəlif ixtisaslarda təhsil alan oğlan və qızlardan ibarət rəqs qrupu Naxçıvan Muxtar Resprublikasının şəhər və rayonlarında, eləcə də Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində uğurlu qastrol səfərlərində olmuşdur.
Tələbə rəqs qrupuna universitetin «Teatr və mədəniyyətşünaslıq» kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova rəhbərlik edir.