Tibb fakültəsinin tələbələri “Yenidoğulmuşlar, onların qiymətləndirilməsi, kritik hallardan çıxarılma üsulları” adlı onlayn seminar simulyasiyada iştirak ediblər

Tibb fakültəsinin tələbələri “Yenidoğulmuşlar, onların qiymətləndirilməsi, kritik hallardan çıxarılma üsulları” adlı onlayn seminar simulyasiyada iştirak ediblər

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Yenidoğulmuşlar, onların qiymətləndirilməsi, kritik hallardan çıxarılma üsulları” adlı onlayn seminar simulyasiya keçirilib.

 Ümumi təbabət və tibbi klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən simulyasiya universitetin rəsmi (ndu.edu.az) facebook səhifəsi üzərindən canlı yayınlanıb. “Müalicə işi“ ixtisası üzrə IV kurs tələbələrinin təqdimatında olan simulyasiya 3 hissədən ibarət olub. I hissədə vaxtında və vaxtından əvvəl doğulmuşlar, az və çox çəkili, ölü və diri yenidoğulmuşlar haqda ətraflı məlumat verilib. II hissədə yenidoğulmuşların qiymətləndirilməsi, göbək ciyəsinin kəsilməsi həm video material, həm simulyasiya üzərində izah olunub. III hissədə isə Apkar şkalası üzrə aşağı bal alanlar, az həyat qabiliyyəti olan yenidoğulmuşların canlandırılması, venadaxilinə dərman preparatlarının yeridilməsi üsulları əyani sürətdə göstərilib. Yenidoğulmuşun bələnməsi simulyator üzərində əyani  göstərildikdən sonra nəticələr və tövsiyyələr dəyərləndirilib, suallar cavablandırılıb.