Türkiyənin qabaqcıl ali təhsil müəssisələrində tələbələrin təcrübə prosesi davam edir

Türkiyənin qabaqcıl ali təhsil müəssisələrində tələbələrin təcrübə prosesi davam edir

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq Tibb fakültəsinin tələbələri, 12 nəfər həkim və müəllimi olmaqla ümumilikdə 107 nəfərdən ibarət heyəti qardaş ölkədə təcrübə məşğələlərinə başlayıb.

Qeyd edək ki, tələbə və rezidentlər Türkiyənin Ankara Universiteti, Qazi Univetsiteti, İstanbul Yeditəpə Universiteti, Trabzon Qaradəniz Texnik Universitetinin klinikalarında təcrübələrə qatılıblar. Təcrübə heyəti Tibb, Stomatologiya, Əczaçılıq, Psixologiya, Müalicə işi, İctimai səhiyyə, Hərbi tibb, Tibbi profilaktika ixtisasları üzrə təcrübələrdə, müxtəlif əməliyyatlarda, analizlərin aparılmasında, xəstə müayinələrində izləyici, aktiv iştirakçı və assistant kimi iştirak edir, seminar və assistentlərin toplantısına qatılırlar. Təcrübələrdə tələbələr Təcili tibbi yardım, Daxili xəstəliklər, Qadın doğum, Ümumi cərrahiyyə, Robotik cərrahiyyə, Neyrocərrahiyyə, Ağız və üz-çənə cərrahiyyəsi, Əczaçılıq laboratoriyası texnologiyaları və bir çox digər sahələri peşəkar mütəxəssislərdən mənimsəyirlər.

Leave a Reply

Your email address will not be published.