
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Türkiyənin Bayburt Universitetində konfrans keçirilir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə müəyyən olunan tədbirlər çərçivəsində Türkiyənin Bayburt Universitetində 15 ali məktəbin, o cümlədən, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə V Sosial elmlər konfransı keçirilir.
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov və həmin fakültənin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri dosent Cavadxan Qasımov beynəlxalq konfransda iştirak edirlər.
Konfransın plenar iclasında ilk olaraq təşkilat komitəsinin ardınca, qardaş ölkənin Bayburt, Kilis 7Aralık, Fırat, Sivas Cumhuriyet Universitetlərinin rektorları və Azərbaycan Respublikasının Ankara Səfirliyinin Təhsil Müşaviri Nəsibə Nəsibova çıxış ediblər.
Sonra Bayburt Universitetinin dosenti Ramin Sadığın “Heydər Əliyev dövründə Azərbaycan”, Naxçıvan Dövlət Universitetinin əməkdaşları Əşrəf Ələkbərovun “Ümummilli lider Heydər Əliyevin Türk dünyası birliyi strategiyası”, Cavadxan Qasımovun isə “Ümummilli lider Heydər Əliyev və Türkiyə-Azərbaycan dövlətlərinin iqtisadi inkişaf perspektivlərinin genişləndirilməsi” mövzuları üzrə məruzələri dinlənilib.
Beynəlxalq Konfransın sonunda, iştirakçılara sertififkatlar təqdim olunub.