Ümumdünya Xərçənglə Mübarizə Gününə həsr edilən dəyirmi masa keçirilib

Ümumdünya Xərçənglə Mübarizə Gününə həsr edilən dəyirmi masa keçirilib

“Naxçıvan Dövlət Universiteti Klinikası Publik Hüquqi Şəxsi”ndə 4 fevral-Ümumdünya Xərçənglə Mübarizə Gününə həsr edilən dəyirmi masa keçirilib.

“Bu  gün müayinədən keç-Xəstəliyi  vaxtında aşkar et” devizi altında keçirilən tədbirdə xəstəxananın baş həkimi,  dosent Elmar Rzayev son zamanlar  mədəaltı vəz, prostat  və ağciyər xərçənginin sürətlə artdığını, dünyada ölüm faizi ən yüksək olan xəstəliklərin ilk sıralarında yer alan xərçəngə vaxtında müayinə və müdaxilə olunmasının  vacibliyini  qeyd edib.  

Dosent  Gültəkin Əliyeva xərçəngin yaranmasında qidalanmanın vacibliyi və  zərərli  təsirləri ilə bağlı  təcrübələrini bölüşüb. O  həmçinin qeyd edib ki, bütün hallarda insan sağlamlığına bir başa zərərli təsir göstərən qidaları heç bir halda istifadə  etmək olmaz.

Dosent Mətləb İbrahimov uşaqlar arasında rast gəlinən xərçəngin ekoloji  əlaqəsi  və təsirlərindən danışıb. Qadir Əliyev eyni zamanda xərçəngin yaranmasında fərdi risk faktorları, qidalanma və ətraf mühit amillərinin rolunu  qeyd edib.

Əsas məqsədi fərqindəlik yaratmaq olan bugünkü  dəyirmi  masada pasientlərə maarifləndirici bukletlər paylanılıb.

Leave a Reply

Your email address will not be published.