Ümumi işlər üzrə prorektor

Xəyal Camalov – Ümumi işlər üzrə prorektor

Camalov Xəyal Yafəz oğlu, 2019-cu ildən Ümumi işlər üzrə prorektor vəzifəsində işləyir. Xəyal Camalov Naxçıvan Dövlət Universitetinin biologiya ixtisası üzrə bakalavr və botanika ixtisası üzrə magistratura pilləsini bitirib. O, əvvəllər Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin “Bioresurslar” institutunda və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm-İstehsalat Birliyində müxtəlif vəzifələrdə işləyib.