Xarici Tələbələrlə İş Üzrə Dekanlıq

Naxçıvan Dövlət Universitetinin əsas struktur sahələrindən birini Xarici tələbələrlə iş üzrə dekanlıq təşkil edir.

Bu dekanlıq universitetdə təhsil almağa başlayan xarici vətəndaşların hazırlıq kurslarını təşkil edir, eyni zamanda ayrı – ayrı fakültələrdə bakalavr  və  magistr səviyyələri üzrə təhsil alan xarici tələbələrin bütün qayğı və problemlərinin həlli ilə məşğul olur. Hazırlıq kurslarında xarici tələbələrə Azərbaycan dili ilə yanaşı seçdikləri ixtisaslara uyğun olaraq baza fənləri də tədris edilir. Hazırlıq kursunun sonunda dinləyicilər buraxılış imtahanı verirlər. Buraxılış imtahanlarından müvəffəq qiymət alanlar seçdikləri ixtisaslar üzrə birinci kurslara qəbul olunurlar.

Universitetdə əcnəbi vətəndaşların təhsili ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı  təhsilin pilləsindən, formasından  və ixtisaslardan asılı olaraq fərqlənir.

Ad və soyad Vəzifəsi
1 Əliyeva Xəfayət Müzəffər qızı(həvalə) Dekan
2 Əliyeva Xəfayət Müzəffər qızı Dekan müavini
3 Babayev Fuad Famil oğlu Akademik məsləhətçi (Tyutor)
4 Əhmədli Şəhla Valeh qızı Akademik məsləhətçi (Tyutor)
5 Əsgərova Xatirə Hüseyn qızı Kompüter operatoru

 

“Əcnəbilərin ali təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilinin bilmə səviyyəsinin universitet tərəfindən yoxlanması” qaydaları