Universitet əməkdaşının Amerikada Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi ilə bağlı məqaləsi dərc olunub

Universitet əməkdaşının Amerikada Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi ilə bağlı məqaləsi dərc olunub

ABŞ-ın geniştirajlı “Eurasia review” jurnalında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi ilə bağlı Naxçıvan Dövlət Universitetinin əməkdaşı, dosent Əli Cabbarovun məqaləsi dərc olunub. “Naxçıvan: Cənubi Qafqazın ən güclü ölkəsinin muxtar respublikası” başlıqlı yazıda Naxçıvanın qədim tarixi, XX əsrin əvvələrində bu coğrafiyada baş vermiş gərgin siyasi proseslər, 1920-ci ilədək Azərbaycanla bütöv olmuş Naxçıvanın Zəngəzur torpaqları Ermənistana veriləndən sonra əhalisinin mübarizəsi ilə muxtar respublika kimi Azərbaycanın tərkibində qalması, Sovet hakimiyyəti illərində Naxçıvanın keçdiyi yol və ölkəmizin dövlət müstəqilliyi dövründə Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri sayəsində muxtar respublikanın inkişafı haqqında fikirlər yer alıb.

Leave a Reply

Your email address will not be published.