Universitetin Nəqliyyat və informasiya texnologiyaları kafedrasında elmi-tədqiqat işləri müzakirə edilib

Universitetin Nəqliyyat və informasiya texnologiyaları kafedrasında elmi-tədqiqat işləri müzakirə edilib

Nəqliyyat və informasiya texnologiyaları kafedrasında elmi-tədqiqat işlərinin müzakirəsi keçirilib. Cavanşir Zeynalovun “Verilənlər bazasının idarəetmə sistemi”, Hüseyn Qasımovun “Data MİNİNGin proqram təminatı” İlham Süleymanovun “Birbaşa qoşulma üçün istifadə olunan kabel texnologiyaları və inkişafı” adlı elmi-tədqiqat işlərində Elmi-tədqiqatların əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov çıxış edərək müasir dövrün İKT yeniliklərindən bəhs edən tədqiqat əsərlərini qənaətbəxş qiymətləndirib.

Cavanşir Zeynalov qeyd edib ki, Verilənlər bazasının idarəetmə sistemləri birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. Sistem xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır.

“Data MİNİNGin proqram təminatı” elmi-tədqiqat işində Hüseyn Qasımov bildirib ki, Data Mining maşın öyrənmə, statistika və verilənlər bazası sistemlərinin kəsişməsində metodları əhatə edən böyük məlumat dəstlərindəki nümunələrin aşkarlanması prosesidir. Həmçinin verilənlər bazası və məlumatların idarə olunması aspektləri, məlumatların əvvəlcədən işlənməsi, model və nəticə çıxarma mülahizələri, maraqlılıq göstəriciləri, mürəkkəblik məsələləri, aşkar edilmiş strukturların sonrakı işlənməsi, vizuallaşdırma və onlayn yenilənmə prosesidir.

İlham Süleymanov isə Birbaşa qoşulma üçün istifadə olunan kabel texnologiyaları və onların pespektivlərindən danışıb.