Valeh Məmməd oğlu Əlixanov

  baş müəllim, SSRİ idman ustası,  Naxçıvan MR Boks Federasiyasının müəllim məşqçisi,

    Beynəlxalq dərəcəli  boks hakimi, Azərbaycan Respublikasının  fəxri

                                                                                      bədən tərbiyəsi və idman işçis  

                                                                                      E-mail: valehalixanov3@gmail.com

1963-cü il yanvar ayının 3-də Naxçıvan MR – Kəngərli rayon (Şərur) Şahtaxtı kəndində anadan olmuşdur. 1979- cu ildə Kəngərli rayon

Şahtaxtı kəndində orta məktəbi bitirdikdən sonra, 1980-ci ildə Bakı şəhərində Azərbaycan    Dövlət Bədən Tərbiyəsi İnstitutuna

(Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) daxil olmuş 1984-cü  ildə həmin institutu bitirmişdir. Əmək fəaliyyətinə

Naxçıvan MR nümunəvi Avtomobil məktəbində idman üzrə instruktur – metodis kimi başlamışdır. 1985-ci ildə hərbi xidmətə çağrılaraq 1986-cı ildə Uzaq Şərq Dairəsində hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən pedaqoji fəaliyyətə davam etmiş, Şərur rayonunun Tənənəm, Püsyan, Şahtaxtı kənd ümumtəhsil məktəblərində daha sonra Naxçıvan şəhər 11 №-li orta məktəbində, 705 saylı hərbi hissənin orta məktəbində müəllim işləmişdir. Eyni zamanda 2002-ci ildən Naxçıvan şəhər UGİM-də boks idman növü üzrə müəllim-məşqçi işləyir.  2013-cü ildən Naxçıvan Dövlət Unuversitetinin Bədən tərbiyə və idman kafedrasının müəllimidir.Valeh   müəllim işlədiyi müddətdə boks üzrə keçirilən bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Boks üzrə yetirmələri  son illər Azərbaycan, Avropa, dünya  birinciliklərinin və beynəlxalq turnirlərin qalib və mükafatçısıdırlar.  İşlədiyi müddətdə Naxçıvan MR-in müəllim məşqçisi,  Beynəlxalq dərəcəli boks hakimi, Azərbaycan Respublikasının  fəxri bədən tərbiyəsi və idman işçisi dövlət fəxri adları, diplom və mükafatları almışdır.  10- dan artıq elmi məqalə 3 dərs proqramı,   1 metodik vəsait, 3 dərs vəsaitininin müəllifidir.

Dərc olunmuş elmi əsərlər

  1. Uşaqların fiziki, mənəvi, psixoloji inkişafının qarşılıqlı əlaqəsi, Naxçıvan Dövlət Universiteti Elmi xəbərlər 2014 № 4 (60). 3 Səh.
  2. Yeniyetmə boksçuların məşq prosesində baş verən fizioloji dəyişikliklər. I məqalə. Naxçıvan Dövlət Universiteti –Elmi əsərlər № 8 (64) 2014. 4 Səh.
  3. Yeniyetmə boksçuların məşq prosesində baş verən dəyişikliklər.II məqalə. Naxçıvan Dövlət Universiteti –Elmi əsərlər № 3 (68) 4 Səh.
  4. Yeniyetmə-gənc boksçuların məşq prosesində baş verən fizioloji dəyişikliklər.III məqalə. Naxçıvan Dövlət Universiteti –Elmi əsərlər № 7 (72) 2015.3 Səh.
  5. Boksçuların psixoloji keyfiyyətlərinin formalaşması. Naxçıvan Dövlət Universiteti –Elmi əsərlər № 6 (76) 2016. 4 Səh.
  6. Boksun olimpiya tarixi. Naxçıvan Dövlət Universiteti –Elmi əsərlər № 4 (78) 2016. 4 Səh.
  7. İdman və əxlaq. Naxçıvan Dövlət Universiteti –Elmi əsərlər № 7 (80) 2016. 3 Səh.
  8. İnsanın artıq çəkisinin aradan qaldırılmasının vasitə və metodları. Naxçıvan Dövlət Universiteti –Elmi əsərlər № 1 (90) 2018 II cild. 4 Səh.
  9. Qadın boksu. Naxçıvan Dövlət Universiteti –Elmi əsərlər № 5 (94) 2018. 3 Səh.
  10. İdman tək mübarizliyi – boks proqramı. Naxçıvan Dövlət Universiteti – Qeyrət nəşriyyatı 2017. 34 Səh.
  11. İdman metrologiyası fənni üzrə proqram. Naxçıvan Dövlət Universiteti_ Qeyrət nəşriyyatı 2017. 11 Səh.
  12. Yeniyetmə və gənç boksçuların məşqində baş verən fizioloji dəyişikliklər. Naxçıvan Dövlət Universiteti –Qeyrət nəşriyyatı. 65 Səh. (metodik vəsait).
  13. Boks-Brek-Stop. Dərs vəsaiti I hissə. Naxçıvan Dövlət Universiteti- Qeyrət nəşriyyatı 2017. 152 Səh.
  14. Boks-Brek-Stop. Dərs vəsaiti II hissə. Naxçıvan Dövlət Universiteti Qeyrət Nəşriyyatı 2017. 139 Səh.
  15. Naxçıvan Muxtar Respublikasında Bədən tərbiyəsi və idmanın inkişaf tarixi fənni üzrə proqram. NDU-nun “Qeyrət” nəşriyyatı 2020. 19 Səh.
  16. Naxçıvan Muxtar Respublikasında Bədən Tərbiyəsi və İdmanın İnkişaf Tarixi . Dərs vəsaiti. Əcəmi nəşriyyatı 2019. 321 Səh
  17. История Развития Физической Культуры и Спорта в Нахчыванской Автономной Республике за Годы Независимости. Принял участие в LVII Международной научной конференции.“Актуальные научные исследования в современном мире”.(26-27 января 2020г.)