1963-cü il yanvar ayının 3-də Naxçıvan MR – Kəngərli rayon (Şərur) Şahtaxtı kəndində anadan olmuşdur. 1979-cu ildə Kəngərli rayon Şahtaxtı kəndində orta məktəbi bitirdikdən sonra, 1980-ci ildə Bakı şəhərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) daxil olmuş 1984-cü ildə həmin institutu bitirmişdir.
Əmək fəaliyyətinə Naxçıvan MR nümunəvi Avtomobil məktəbində idman üzrə instruktur – metodis kimi başlamışdır. 1985-ci ildə hərbi xidmətə çağrılaraq 1986-cı ildə Uzaq Şərq Dairəsində hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən pedaqoji fəaliyyətə davam etmiş, Şərur rayonunun Tənənəm, Püsyan, Şahtaxtı kənd ümumtəhsil məktəblərində daha sonra Naxçıvan şəhər 11 №-li orta məktəbində, 705 saylı hərbi hissənin orta məktəbində müəllim işləmişdir. Eyni zamanda 2002-ci ildən Naxçıvan şəhər UGİM-də boks idman növü üzrə müəllim-məşqçi işləyir.
2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyə və idman kafedrasında baş müəllim vəzifəsində çalışıb.Hal hazırda 2023-cü il 4 iyul tarixindən «Çağırışaqədərki hazırlıq və Mülki Müdafiə» kafedrasının müdiri vəzifəsində çalışır. Valeh müəllim işlədiyi müddətdə boks üzrə keçirilən bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Boks üzrə yetirmələri son illər Azərbaycan, Avropa, dünya birinciliklərinin və beynəlxalq turnirlərin qalib və mükafatçısıdırlar.
İşlədiyi müddətdə Naxçıvan MR-in müəllim məşqçisi, Beynəlxalq dərəcəli boks hakimi, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi dövlət fəxri adları, diplom və mükafatları almışdır.
Dərc olunmuş elmi əsərlər
1. Uşaqların fiziki, mənəvi, psixoloji inkişafının qarşılıqlı əlaqəsi, Naxçıvan Dövlət Universiteti Elmi əsərlər 2014 № 4 (60). səh 168-172.
2. Yeniyetmə boksçuların məşq prosesində baş verən fizioloji dəyişikliklər. I məqalə. Naxçıvan Dövlət Universiteti – Elmi əsərlər 2014 № 8 (64). səh 88-94.
3. Yeniyetmə boksçuların məşq prosesində baş verən dəyişikliklər. II məqalə. Naxçıvan Dövlət Universiteti – Elmi əsərlər 2015 № 3 (68). səh 168-174.
4. Yeniyetmə-gənc boksçuların məşq prosesində baş verən fizioloji dəyişikliklər. III məqalə. Naxçıvan Dövlət Universiteti – Elmi əsərlər 2015 № 7 (72). səh 145-155.
5. Boksçuların psixoloji keyfiyyətlərinin formalaşması. Naxçıvan Dövlət Universiteti – Elmi əsərlər 2016 № 6 (76). səh 169-173.
6. Boksun olimpiya tarixi. Naxçıvan Dövlət Universiteti – Elmi əsərlər 2016 № 4 (78). səh 142-146.
7. İdman və əxlaq. Naxçıvan Dövlət Universiteti – Elmi əsərlər 2016 № 7 (80). səh 268-271.
8. İnsanın artıq çəkisinin aradan qaldırılmasının vasitə və metodları. Naxçıvan Dövlət Universiteti – Elmi əsərlər 2018 II cild № 1 (90). səh 82-85.
9. Qadın boksu. Naxçıvan Dövlət Universiteti – Elmi əsərlər 2018 II cild № 5 (94). səh 96-100.
10. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafı. Naxçıvan Müəllimlər İnstitutu – Elmi əsərlər 2019 № 4 (58). səh 113-119.
11. Fiziki yüklərin yeniyetmə idmancıların ürək – damar və tənəffüs sistemlərinə təsiri. Naxçıvan Müəllimlər İnstitutu – Elmi əsərlər 2019 № 1 (59). səh 164-168.
12. İdman tək mübarizliyi - boks proqramı. Naxçıvan Dövlət Universiteti – Qeyrət nəşriyyatı 2017. 34 Səh.
13. İdman metrologiyası fənni üzrə proqram. Naxçıvan Dövlət Universiteti_ Qeyrət nəşriyyatı 2017. 11 Səh.
14. Yeniyetmə və gənç boksçuların məşqində baş verən fizioloji dəyişikliklər. Naxçıvan Dövlət Universiteti –Qeyrət nəşriyyatı. 65 Səh. (metodik vəsait).
15. Boks-Brek-Stop. Dərs vəsaiti I hissə. Naxçıvan Dövlət Universiteti- Qeyrət nəşriyyatı 2017. 152 Səh.
16. Boks-Brek-Stop. Dərs vəsaiti II hissə. Naxçıvan Dövlət Universiteti Qeyrət Nəşriyyatı 2017. 139 Səh.
17. Naxçıvan Muxtar Respublikasında Bədən tərbiyəsi və idmanın inkişaf tarixi fənni üzrə proqram. NDU-nun “Qeyrət” nəşriyyatı 2020. 19 Səh.
18. Naxçıvan Muxtar Respublikasında Bədən Tərbiyəsi və İdmanın İnkişaf Tarixi . Dərs vəsaiti. Əcəmi nəşriyyatı 2019. 321 Səh
19. История Развития Физической Культуры и Спорта в Нахчыванской Автономной Республике за Годы Независимости. Принял участие в LVII Международной научной конференции.“Актуальные научные исследования в современном мире”.(26-27 января 2020г.)
20. Referi – Boksda yarış qaydaları. Naxçıvan Müəllimlər İnstitutu – Məktəb nəşriyyatı 2020. 98 səh
21. Ağırlıq qaldırma və fitnessin tədrisi metodikası fənni üzrə proqram. NDU-nun “Qeyrət” nəşriyyatı 2020. 12 səh
22.Единство спорта и морали в теоретическом и практическом обучении боксу. (The Unity of Sport and Morality in Theoretical and
Practical Training in Boxing.) Məqalə,Бюллетень науки и практики. Научный электронный журнал.
Россия, г. Нижневартовск ул. Ханты–Мансийская,2021, № 4 (58) Volumet, Lssue. 32303 işarə, 18 səhifə
22. Özerklik döneminde Nahçıvanda Genel Eğitimin Gelişimi (1991-2014), Məqalə, Türkiyə: İzmit, 2022, Cilt :2 Sayı:2, 27500 işarə, 14
səhifə
23. İrəvan Müəllimlər Seminariyası-140, Məqalə, Naxçıvan Dövlət Universiteti. Naxçıvan: Qeyrət nəşriyyatı, 2023-cü il
24.Naxçıvan Muxtar Respublikasında boks tarixindən, Məqalə, Naxçıvan Müəllimlər İnstitutu, 2023-cü il
25.İdmanın inkişafında Heydər Əliyevin rolu, Elmi konfrans, Naxçıvan Dövlət Universiteti. Naxçıvan: Qeyrət
nəşriyyatı,04.05.2023 cü il.
26.Sıra hazırlığı , Metodik vəsait,Naxçıvan Dövlət Universiteti Qeyrət nəşriyyatı,2023-cü il.