Xəlilov Heydər Kəramət oğlu
1985-ci ildə Babək rayonun didivar kəndində doğulmuşdur. 1991-ci ildə Babək rayon Didivar kəndində orta təhsilə başlamışdır. 1997-ci ildən təhsilini Naxçıvan Türk liseyində davam etdirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsinə qəbul olmuşdur. 2006- cı ildə bakalavr təhsilini bitirib hərbi xidmətə yollanmışdır. 2008-ci ildə NDU-nin “Optimal idarəetmə” ixtisası üzrə Magistratura pilləsinə daxil olmuşdur. 2010-cu ildə magistraturanı bitirmişdir. 2007-2012-ci illərdə Naxçıvan Türk Liseyində riyaziyyat müəllimi, 2012-2013-cü illərdə NDU-də İnformatika müəllimi, 2012-2014-cü illərdə NDU-də laborant, 2012-2015-ci ildə yenidən riyaziyyat müəllimi, 2014-2015-ci ildə Naxçıvan- Heydər Əliyev adına Hərbi Liseyində proqramçı, 2015-2016-ci illərdə İstiqlal Tədris Mərkəzində müəllim, təşkilatçı, 2015-2017-ci illərdə Hədəf Kurslarında riyaziyyat müəllimi, 2016-2017-ci illərdə Azərbaycan Texniki Universitetində laborant, 2017-2018-ci illərdə İdrak liseyində riyaziyyat müəllimi, 2017-2020-ci illərdə Addım Tədris Mərkəzində müəllim və idarəçi vəzifələrində çalışmışdır. 2011-ci ildə Ruminiya – İnfomatrix layihə yarışında (Gümüş medal) layihə rəhbəri olmuşdur. 2013-cü ildə NDU – Elektronika sərgisində təşkilatçı, 2014-cü ildə NDU – Elektron Naxçıvan 8 – beynəlxalq elektronika sərgisində təşkilatçı kimi fəaliyyətlər göstərmişdir.