Xəzər Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

Xəzər Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

Xəzər Universitetinin  İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, Musiqi və incəsənət departamentinin rəhbəri Zülfiyyə Sadıqova Naxçıvan Dövlət Universitetində olublar.

İkitərəfli görüşdə NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayaraq universitetdə görməkdən məmnunluğunu bildirib. Prorektor  ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları, beynəlxalq əlaqələri barədə danışıb.

İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı 1991-ci ildə Xəzər universitetinin Azərbaycanda ilk dəfə özəl universitet kimi fəaliyyətə başladığını diqqətə çatdırıb. Prorektor tədrisi ingilis dilində həyata keçirilən ixtisaslar barədə ətraflı məlumat verib.

NDU-nun Elm və innovasiyalar üzrə prorektoru Elsever Əsədov çıxış edərək gələcəkdə birgə  əməkdaşlıq edəcəyimiz bir sıra sahələrə toxunub.  Görüşdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara Naxçıvan – Şərqin əfsanəsi kitabı qonaqlara hədiyyə edilib.

Leave a Reply

Your email address will not be published.