Xəlilov Yunis Fərman oğlu

10 iyul 1983-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə, 2006-cı ildə isə həmin universitetdə magistratura pilləsini “Dövlət hüququ” ixtisası üzrə bitirmişdir.

2006-cı ilin iyul ayından 2007-ci ilin iyul ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi qulluqçu kimi hərbi xidmətdə olmuşdur.

2004-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, 2005-2006-cı illərdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsində məsləhətçi, 2007-2008-ci illərdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatında baş məsləhətçi, 2008-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə iclas katibi, 2010-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında müxtəlif şöbələrdə baş məsləhətçi, şöbə müdiri və Aparatın rəhbəri vəzifələrində işləmişdir.

Hazırda həmin məhkəmənin aparatında Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin baş məsləhətçi vəzifəsində işləyir.

2017-ci ildə dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi verilmişdir.

2010-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin nəşri olan “Bülleten”in redaksiya heyətinin məsul katibi olmuşdur. 2017-ci ildə həmin “Bülleten”in redaksiya heyətinin üzvüdür.

2008-ci ildən bu günədək Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasında müəllim işləyir və konstitusiya hüququ fənnini tədris edir. 

 

Elmi əsərləri

6 kitabı (1 kitab həmmüəllifliklə), 1 metodik göstərişi, 30-dan çox elmi, 40-a yaxın publisistik məqalənin, ümumilikdə 70-dən çox elmi-publisistik məqalənin müəllifidir.