Xarici Dillər fakültəsində “Heydər Əliyev İli”nə həsr edilən açıq dərs keçirilib

Xarici Dillər fakültəsində “Heydər Əliyev İli”nə həsr edilən açıq dərs keçirilib

Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin İngilis dili  və metodikası kafedrasının baş müəllimi Sərcan Sadiqova 2023-cü ilin Heydər Əliyev İli elan olunması ilə bağlı müxtəlif silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, təşkil olunan açıq dərs də məhz ulu öndərin həyat və fəaliyyətini ingilis dilində  gənclərə aşılamaq məqsədi daşıyır. 

Tədbirdə İngilis dili üzrə Tərcümə ixtisasının IV kurs tələbələri tərəfindən ümummilli lider Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin əsəs binasının açılışında iştirak etdiyi videoçarxın ingilis dilinə tərcümə olunan versiyası nümayiş olunub.

Sonra Tərcümə ixtisası üzrə təhsil alan tələbələr: Səbinə Səlimova, Aysu Rüstəmova, Röyalə Həsənova, Qoşqar Qocayev, Surə Qənbərova və Səbinə Məmmədzadə dünya liderlərinin ulu öndər Heydər Əliyev haqqında söylədikləri dəyərli fikirləri sinxron tərcümə ediblər. Eyni zamanda açıq dərsdə tələbələr arasında viktorina da təşkil edilib.

Sonda “Xarıbülbül” komandası rəqiblərini  üstələyərək qalib olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.