Xəlilov Yaşar Sudef oğlu

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, baş müəllim

E – mail: Bteskilati@gmail.com

1956-ci il 5 dekabrda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.

1976-cı ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbini (Tar ixtisası), 1981-ci ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (bəstəkarlıq ixtisası) bitirib. 1983- cü ildə hərbi xidmətə çağırılıb. Əmək fəaliyyətinə 1981-ci ildən təyinata əsasən Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kənd uşaq musiqi məktəbində müəllim kimi  başlamışdır. 1984-cü ilin dekabr ayından 1985- ci ilin aprel ayına qədər Bakı şəhəri Suraxanı rayonunun mədəniyyət evində dirijor və konsertmeystr, 1985- ci ilin avqust ayından 1986- cı ilin avqust ayına qədər Naxçıvan orta ixtisas musiqi məktəbində müəllim, 1987- ci ilin fevral ayından 1995- ci ilin avqust ayına qədər Bakı şəhər 30 nömrəli uşaq musiqi məktəbində müəllim işləyib. 2002- ci ilin oktyabr ayından 2005- ci ilin avqust ayına qədər Ordubad rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. 2005- ci ildən Naxçıvan Musiqi Kollecində, 2010- cu ildən isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Bəstəkarlıq kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir. 2016- cı il 22 yanvar tarixindən Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının Sədri vəzifəsində çalışır.

1980- ci ildə Ümumittifaq müsabiqəsinin diplomu ilə təltif olunub. 1985-ci ildən SSRİ Bəstəkarlar İttifaqının üzvüdür. 1990-cı ildə Azərbaycan Mədəniyyət Fondunun təqaüdçüsü seçilib. 2008- ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı verilib. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Dərc olunmuş kitabları:

  • Fortepiano və simfonik orkestr üçün konsert- b moll. klavir. Bakı: “Mars- Print” firması 2008, 81 s. (dərs vəsaiti)
  • ODA- “Fəxr edirəm ki, mən azərbaycanlıyam” Naxçıvan: Əcəmi, 2018, 13 s
  • Yaşar Xəlilov. Bakı: Şərq- qərb nəşriyyat evi, 2015, 31s (kitabça)
  • Azərbaycan xalq mahnıları “a capella”.. Naxçıvan: Əcəmi, 2020, 142s (dərs vəsaiti)

      Yaradıcılıq əsərləri:

  • Opera “İblis”
  • Balet “Əshabi- Kəhf”
  • İnstrumental konsertlər
  • Simfonietta “Əcəmi”
  • Kantata “Naxçıvana gəl!”
  • Xalq çalğı alətləri orkestri, simfonik orkestr və kamera orkestri üçün və xor üçün müxtəlif əsərlər
  • Kamera- instrumental əsərlər
  • Mahnı və romanslar
  • Tar və xalq çalğı alətləri orkestri üçün 1№li Konsert
  • Tar və simfonik orkestr üçün 2№li Konsert