Xuraman Ədalət qızı Məmmədova
Kafedranın laboratoriya müdiri
Məmmədova Xuraman Ədalət qızı 1988-ci il avqust ayının 2-də Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə M.Ə.Seyidov adına 39№li orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2005-ci ildə C.Naxçıvanski adına 11№li orta məktəbin on birinci sinfini bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin Fizika ixtisasına qəbul olunmuşdur. 2009-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə universitetin təyinatına əsasən Culfa rayonu Yaycı kəndi 2№li tam orta məktəbdə Fizika müəlliməsi olaraq çalışmağa başlamışdır. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsinin Astrofizika ixtisasına qəbul olunmuşam. Elə həmin ilin sentyabr ayından Babək rayon Nehrəm kəndi 1№li tam orta məktəbdə Fizika müəlliməsi olaraq çalışmışdır. 2012-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ilin oktyabr ayının 9-dan Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin “Ümumi və nəzəri fizika” kafedrasında laborant olaraq işə başlamışdır. 2017-ci ildən baş laborant vəzifəsinə təyin edilmişəm və həmin kafedrada saat hesabı müəllim olaraq çalışmağa başlamışdır. 2018-ci ildən həmin kafedranın laboratoriya müdiri vəzifəsinə təyin olunmuşdur.