YAP Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının təşkilatçılığı ilə Kəngərli rayon Mədəniyyət  Evində 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

YAP Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının təşkilatçılığı ilə Kəngərli rayon Mədəniyyət Evində 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatı və Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının təşkilatçılığı ilə Kəngərli rayon Mədəniyyət  Evində “Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən Zəfər tarixi” mövzusunda tədbir keçirilib.

Tədbirdən  öncə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib.

Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, hər il respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Bildirilib ki, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir. Bütün bunlar dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu ərməğandır.

Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev Ulu Öndərin tarixi misiyasından danışaraq bildirib ki, Azərbaycan müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi umummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün milli qurtuluş idealogiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır.

Sonra universitetin “Azərbaycan tarixi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyevin “Milli Qurtuluş  Günü – Azərbaycan Dövlətçiliyinin xilas günüdür” mövzusunda məruzəsi dinlənilib.  Diqqətə çatdırılıb ki, Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıtması, Azərbaycanı parçalamaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Qeyd olunub ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla uğurla inkişaf edir.

Sonra tədbirdə Yeni Azərbaycan  Partiyası Kəngərli rayon təşkilatının gənc əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Tədbirdə eyni zamanda 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar universitet tələbələrinin bədii kompozisiyası və Kəngərli rayon məktəblilərinin hazırladığı bədii qiraət nümayiş edilib.

Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film izlənilib.