Yaqubov Nicat Əsgər oğlu

Həmkarlar İttifaqı Komitəsinin sədri, Filologiya üzrə fəlsəfə doktoru, baş müəllim

Qısa bioqrafik məlumat:

27 may 1982-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olmuşdur.

2002-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır.

2007-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində magistratura təhsili almışdır. Tədqiqat sahəsi: Türkologiya

2014-2018-ci illərdə Naxçıvan Dövlət Universitetində dissertantura təhsili almışdır. Tədqiqat sahəsi:  Leksikalogiya.

Dissertasiya mövzusu: Arxaizmlərin leksik-semantik xüsusiyyətləri.

2006-2007-ci illərdə Culfa rayon Əbrəqunus kənd orta internat məktəbində müəllim.

2007-2010-ci illərdə Naxçıvan Dövlət Universitetinin elmi kitabxanasında direktor müavini.

2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatında aparıcı məsləhətçi.

2014-2019-cü illərdə “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim.

2014-2016-cı illərdə  “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsində kordinator.

2019-2020-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun “Məktəb” nəşriyyatında direktor.

2020-ci ildən  Naxçıvan Müəllimlər İnstitutunun “Dillər və ədəbiyyat” kafedrasında 0,5 ştat baş müəllim.

2020-ci ildən Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında baş müəllim.

2022-ci ildən Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsində sədr.

Üzvü və rəhbəri olduğu elmi qurum, nəşr və təşkilatlar

2014-2019-cu illərdə “Naxçıvan ” Universiteti “Elmi Əsərlər” jurnalının redaktoru

2019-2021-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun “Elmi Əsərlər” jurnalında məsul katib.

2019-2021-ci  illərdə Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının üzvü olmuşdur.

Elmi əsərlər.

3 dərs vəsaiti, 31 elmi məqalə və konfrans materialının müəllifidir.