Yaqut Telman qızı Şükürova

mehemmed1513memmedov@mail.ru

Kafedranın müəllimi

Şükürova Yaqut Telman qızı 30 avqust 1983-cü ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhər, 7 saylı orta məktəbin I sinfinə getmişdir, 2000-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2000-ci ildə Naxçıvan Dövlət Universtitetinin Fizika-Riyaziyyat fakültəsinin “Fizika” ixtisası üzrə bakalavr pilləsinə (əyani) qəbul olub, 2004-cü ildə oranı bitirmişdir. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin “Yarımkeçiricilər fizikası” ixtisası üzrə magistraturasına əyani qəbul olub, 2006-cı ildə fərqlənmə diploma ilə bitirmişdir. 2007-ci ilin yanvar ayında Naxçıvan Dövlət Universitetinin “Nəzəri fizika” ixtisaası üzrə aspiranturasına (indiki doktorantura) əyani olaraq qəbul olmuşdur, 2010-cu ildə oranı bitirmişdir. Həmin müddətdə “Həsən Abdullayev adına mükafat”a layiq görülmüşdür.

2010-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Regionun inkişaf problemləri” elmi- tədqiqat laboratoriyasında elmi işçi işləmişdir. 2011-ci ildən 2018-ci ilə qədər Naxçıvan Dövlət Universitetinin Doktorantura şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2018-ci ildə bu şöbənin adı dəyişilərək “Elmi tədqiqatların əlaqələndirilməsi” bölməsi adlandırılmışdır. 2018-ci ildən 2020-ci ilin sentyabr ayına qədər Naxçıvan Dövlət Universitetində Elmi Tədqiqatların Əlaqələndirilməsi bölməsinin müdiri vəzifəsində işləmişdir. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin “Ümumi və nəzəri fizika” kafedrasında 0,5 ştat müəllim vəzifəsində işləyir.