
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının təşəbbüsü ilə “14 iyul 1969-cu il: Milli intibahın və tərəqqinin başlanğıc tarixi” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatı və Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov qeyd edib ki, 1969-cu il 14 iyul tarixi respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Bildirilib ki, respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün müstəsna rolu olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev bildirib ki, 14 iyul Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Vurğulanıb ki, dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradan ümummilli liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
“Ümummilli lider Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının şöbə müdiri Rail Tağızadə məruzə edib. Vurğulanıb ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrlərdə ölkənin soial-iqtisadi həyatıda sürətli tərəqqi baş verib. Heydər Əliyev Azərbayaca rəhbərlik etdiyi dövrlərdə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi, milli ruhun, mədəniyyətin yüksəlişi istiqamətində mühüm işlər həyata keçirib. Bildilib ki, Ulu Öndər bütün sahələr kimi hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirib, SSRİ-nin ali hərbi məkəblərinə azərbaycanlı gənclərin göndərilməsi üçün hərbi təmayüllü xüsusi internat məktəbi yaradılıb. Bütün bunların nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa edildi.
“Yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət” mövzusunda məruzə edən Naxçıvan Dövlət Universiteti “Ümumi tarix” kafedrasının müəllimi Emin Məmmədov qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk dövründə xalqın qədim ənənələrə malik dövlət idarəçiliyi mədəniyyəti yenidən dirçəldilib, milli-mədəni oyanışda böyük dönüş başlanıb və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı iqtisadi-mədəni zəmin hazırlanıb. Diqqətə çatdırılıb ki, indiki mərhələdə Azərbayanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadi sistemində öz yerini getdikcə möhkəmləndirməsi həm də 1970-1980-ci illərin əvvəllərində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan potensiala əsaslanır.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim edilib. Tədbirin davamında Naxçıvan Dövlət Universitetinin tələbələrinin hazırladığı bədii kompozisiya nümayiş edilib. Sonda Naxçıvan Dövlət Televiziyasının ərsəyə gətirdiyi “Böyük liderlik missiyası” filminə baxış olub.