Yeniyetmələrin basketbol birinciliyi yekunlaşıb

Yeniyetmələrin basketbol birinciliyi yekunlaşıb

Ümumtəhsil məktəblərində təhsil alan 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasımda basketbol üzrə muxtar respublika birinciliyinə bu gün keçirilən final və üçüncülük uğrunda görüşlə yekun vurulub.

Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində keçirilən yarışın həlledici qarşılaşmasında “Naxçıvan” və “Ordubad” komandaları meydana çıxıb. İki komanda arasındakı əzəli rəqabətdə yenə “Naxçıvan” komandası qalib olub. Görüşdə qalib gələn Naxçıvan basketbolçuları yarışın qalibi adına yiyələniblər. Üçüncü yer uğrunda oyunda “Kəngərli” ilə qarşılaşan “Culfa” qələbə sayəsində ilk üçlüyü tamamlayan komanda olub. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom və kubok təqdim olunub.   

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil  nazirlikləri və Naxçıvan Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan yarış 2 gün davam edib. Birincilikdə 6 komanda “play-off” əsasında mübarizə aparıb.

Leave a Reply

Your email address will not be published.