
Zəfər Günü münasibətilə tələbələr “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiya ediblər
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Turizm işinin təşkili ixtisası tələbələrinin Zəfər Günü münasibətilə ilə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı Naxçıvan Dövlət Texniki Kolleci “Turizm işinin təşkili” ixtisasının müəllimi Arzu Əsgərov qeyd edib ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu.
Bildirilib ki, 8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, qəhrəman şəhidlərimizin fədakarlığının nəticəsidir.
Sonra ekskursiya çərçivəsində tələbələrə muzeydə sərgilənən eksponatlar barədə ətarflı məlumat verilib, onları maraqandıran suallar ətraflı cavablandırılıb.
Tədbirin ardınca tələbələr məğrurluq və əyilməzlik simvolu olan Əlincə qalasının vüqarlı zirvəsinə qalxıb, şəhidlərimizin xatirəsinə yaradılmış “Şəhidlər Zirvəsi”ni ziyarət ediblər.