Zamanov Səttar Muxtər oğlu, Müəllim

23.01.1981-ci il tarixdə Babək rayonu Qahab kəndində anadan olmuşdur. Orta təhsilini 1987-ci ildən 1998-ci ilədək Babək rayonu Babək Əliyev adına Qahab kənd orta məktəbində almışdır. 1998-ci ildə Odlar Yurdu Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olmuş, 2000-ci ildə Naxçıvan Dövlət Universitetinə köçürülmüşdür. 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirmişdir. 2002-ci ildə ordu sıralarına həqiqi hərbi xidmətə çağrılmış, 2003-cü ildə ordu sıralarından təxris olunmuşdur. 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Dövlət hüququ ixtisası üzrə magistr pilləsinə qəbul olmuş, 2014-cü ildə bitirmişdir. 5 məqalə, 2 fənn proqramının müəllifidir.

1.  ” Mübahisəli məsələlərin mediasiya prosesi çərçivəsində həlli”  Elmi əsərlər İctimai elmlər seriyası  Naxçıvan,  №  () s. NDU Qeyrət 2021

2.  ”Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerliözünüidarəetmə” Fənn proqramı Naxçıvan 2021

3. “Mediasiya mübahisəli məsələlərinin həllində müsair, hümanist vasitədir”  Şərq qapısı  qəzeti, 13 iyul 2021-ci  il

4. ”Xarici ölkələrdə yerli özünüidarənin təşkili” Fənn proqramı Naxçıvan 2022