03 iyun 1994 – cü ildə Culfa rayon Milax kəndində anadan olmuşdur. 2001- ci ildə həmin kənddə orta məktəbə getmiş,2012 – ciildə məktəbi bitirmişdir. 2012 –ci ildə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin “Turizm və otelçilik”ixtisasinın bakalavr pilləsinə daxil olmuş, 2016-cı ildə universiteti bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Turizm və sosial-mədəni servis xidməti” ixtisasının magistratura pilləsinə daxil olmuş, 2019- cu ildə magistatura pilləsini bitirmişdir. 2019-cu ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin “Bələdiyyə və turizm” kafedrasında müəllim vəzifəsində işləyir. 1 məqalənin müəllifidir. Kafedranın keçirdiyi elmi seminarlarda iştirak etmişdir.
Elmi əsərləri
“Turizmin sosial-iqtisadi inkişafı” Sumqayıt Dövlət Universiteti, Magistrantların XVIII respublika elmi konfransı, IIhissə, Sumqayıt,2019