Search

AZ EN

Implementation and monitoring rules of the strategic development plan

  1. Struktur bölmələr Naxçıvan Dövlət Universitetinin strateji inkişaf planındakı hədəflərin yerinə yetirilməsi ilə bağlı yarımillik və illik hesabatlar hazırlayır.
  2. Struktur bölmələr strateji fəaliyyətləri ilə əlaqəli hesabatlarını qəbul olunmuş vahid normaya uyğun olaraq hazırlamalıdır. (1 nömrəli əlavə)
  3. Hazırlanmış hesabatlar elektron formada e-poçt vasitəsilə Strateji İnkişaf və Keyfiyyət Təminatı bölməsinə göndərilməlidir.
  4. Əgər hesabatlarda xətalar olarsa, bununla bağlı Strateji İnkişaf və Keyfiyyət Təminatı bölməsi aidiyyəti struktur bölməni məlumatlandırır.
  5. Aidiyyəti struktur bölmə 3 gün ərzində hesabatdakı xətanı aradan qaldıraraq təkrar e-poçt vasitəsilə Strateji İnkişaf və Keyfiyyət Təminatı bölməsinə göndərir.
  6. Bütün hesabatlar alındıqdan sonra hədəflər üzrə inkişaf göstəriciləri hesablanır.
  7. İnkişaf göstəriciləri qeyd olunan formada hesablanır:

A – baza göstərici

B – hədəf göstərici

C – cari göstərici

İnkişaf göstəricisi = (C − B) / (C − A)

  1. İnkişaf göstəricisi hədəfin reallaşdırılması vəziyyətini müəyyən etmək üçün aşağıdakı formada istifadə olunur:
0 – 50 (%) — REALLAŞDIRILA BİLMƏDİ
51 – 70 (%) — TƏKMİLLƏŞDİRİLMƏSİNƏ EHTİYAC VAR
71 – 85 (%) — MƏQBUL
86 – 100 (%) — UĞURLA İCRA OLUNDU
  1. İnkişaf göstəricisi müəyyən olunduqdan sonra strateji inkişaf üzrə ümumi hesabat hazırlanır. (2 nömrəli əlavə)
  2. Sonda Strateji inkişaf üzrə rektor müşavirinin iştirakı ilə hesabatların müzakirəsi aparılır.
(1 nömrəli əlavə)
s/n Hədəfin təsviri Hədəf üzrə əldə olunmuş irəliləyiş Hədəfi reallaşdırarkən qarşıya çıxmış problemlər Göstəricilər
Kəmiyyət Keyfiyyət
1
2
3
4
5
(2 nömrəli əlavə)
Məqsəd Məqsəd burada qeyd olunur
Hədəf Hədəf burada qeyd olunur
Hədəf üzrə İnkişaf Göstəricisi Hədəf üzrə İnkişaf Göstəricisi burada qeyd olunur
Alt Hədəflər Əsas Hədəfə Təsiri (%) Baza göstəricisi (A) Hədəf göstəricisi (B) Cari göstərici (C) İnkişaf göstəricisi (%)
(C-A)/(B-A)
Reallaşdırılma Vəziyyəti