Elan

2022/2023-cü tədris ilinin yaz imtahan sessiyası ilə əlaqədar qiyabiçi ...

Elan

26 aprel - 19 may tarixlərində keçirilən konfranslar
Daha çox  

TƏDRİS PROSESİ

Tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planları hazırlanır.

DİSTANT TƏHSİL

Naxçıvan Dövlət Universitetində “Distant təhsil” – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki, vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır.

ELEKTRON TƏHSİL

Boloniya prosesinin prinsiplərinə uyğun olaraq, tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilərək Elektron təhsilin təşkili və həyata keçirilməsini təmin edir.

Bizi niyə seçməli?

60-dan Çox İxtisas Seçimi

Hazırda Naxçıvan Dövlət Universitetində 11 fakültə və 1 mərkəz fəaliyyət göstərir. 63 ixtisas üzrə bakalavr, 76 ixtisaslaşma üzrə magistr, 60 ixtisas üzrə doktorant, 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir. Ümumilikdə universitetdə 6 min nəfərə yaxın tələbə təhsil alır. Tələbələr sırasında 9 ölkədən 986 nəfərdən çox xarici vardır.

Beynəlxalq Əməkdaşlıq

Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı üzrə 8 beynəlxalq layihənin iştirakçısıdır. Bundan başqa, Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus proqramı əsasında tələbə mübadiləsi həyata keçirilir. İndiyədək 100-ə yaxın tələbə bu mübadilə proqramı çərçivəsində Avropanın tanınmış universitetlərində təhsil almışlar.

Qazanılmış Nailiyyətlər

2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan  Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində Naxçivan Dövlət Universiteti 799 balla Azərbaycan Ali Təhsil Müəssisələri içərisində Birinci Yerə layiq görülmüşdür.

slide1-001x
31008

Bakalavr Məzun

2344

Magistr Məzun

130

Doktorant

703

Müəllim heyəti

E-portal

E-cədvəl

E-kitabxana

E-təhsil sistemi