Universitetimizdə akademik heyətin və tədqiqatçıların davamlı inkişafını dəstəkləmək məqsədilə beynəlxalq professorlar və ekspertlər tərəfindən mütəmadi olaraq şəxsi və peşəkar təlimlər keçirilir. Bu təlimlər qlobal akademik standartlara uyğun bilik və bacarıqların artırılmasını, həmçinin universitetdə tədris və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsini hədəfləyir.
Təlimlərin əsas məqsədi akademik heyətin pedaqoji və tədqiqat bacarıqlarını gücləndirmək, universitetdə innovativ və nəticəyönümlü tədris mühitini təşviq etmək, elmi nəticələrin beynəlxalq səviyyədə tanıdılmasını artırmaq və müasir təhsil, eləcə də tədqiqat trendləri ilə addımlamaqdır. Bu istiqamətdə təşkil olunan proqramlar iştirakçılara həm nəzəri bilik, həm də praktiki təcrübə qazandırır, universitetin akademik potensialının inkişafına töhfə verir.
Təlim proqramları müxtəlif aktual mövzuları əhatə edir:
- Layihəəsaslı öyrənmə (Project-Based Learning)– praktik və tədqiqat yönümlü öyrənmə mühitinin qurulması.
- Problemgüdümlü öyrənmə (Problem-Based Learning)– tələbələrin tənqidi və analitik düşünmə bacarıqlarının inkişafı.
- Akademik yazı və nəşr strategiyaları– beynəlxalq jurnallarda dərc üçün effektiv yazı texnikaları.
- Elmi tədqiqatın aparılması– yüksək impakt faktorlu jurnallar üçün tədqiqat metodologiyası və məlumat təhlili.
- Qrant yazılışı və akademik layihələrin idarə olunması– beynəlxalq və yerli fondlara uğurlu müraciət prinsipləri.
- Kurikulum dizaynı və nəticəyönümlü təhsil– müasir tədris proqramlarının hazırlanması və qiymətləndirmə meyarları.
- Ali təhsil üçün innovativ tədris metodları– rəqəmsal və interaktiv öyrənmə yanaşmaları.
- Akademik heyət üçün vaxtın idarə olunması və səmərəlilik bacarıqları– iş yükünün planlaşdırılması və balanslaşdırılması üsulları.
- Akademik mühitdə emosional intellekt və stressin idarə olunması– psixoloji dayanıqlığın və iş məmnuniyyətinin artırılması.
- Rəqəmsal alətlər və süni intellektin universitet tədrisinə inteqrasiyası– tədris prosesində AI texnologiyalarından səmərəli istifadə yolları.
- Akademik heyət üçün liderlik və komanda işi bacarıqları– effektiv əməkdaşlıq və idarəetmə vərdişlərinin formalaşdırılması.
- Davamlı peşəkar inkişaf və ömürboyu öyrənmə strategiyaları– şəxsi və peşəkar inkişafın uzunmüddətli planlaşdırılması.
Təlimlərin xüsusiyyətləri
- Təlimlər xarici universitetlərdən dəvət olunmuş professorlar və təcrübəli beynəlxalq ekspertlər tərəfindən keçirilir.
- Sessiyalar interaktiv, praktiki yönümlü və real tədris və tədqiqat problemləri üzərində qurulmuş formada təşkil olunur.
- Təlimlər sertifikatla tamamlanır və iştirakçılara peşəkar inkişaf portfelinə əlavə edilə bilən rəsmi sənəd təqdim olunur.
- Proqramlar akademik heyət, doktorantlar və tədqiqatçılar üçün nəzərdə tutulub.
Keçirilmiş təlimlər
3. NDU-da “Beynəlxalq Təlim Aylığı” proqramının növbəti təlimi keçirilib
6.NDU-da “Beynəlxalq Təlim Aylığı” çərçivəsində son təlim keçirilib
7.Dünya şöhrətli alim, professor Xəlil Kələntər Naxçıvan Dövlət Universitetində təlim keçib
8.NDU-da Qafqaz Universitetinin professoru İsa Özaydın təlim keçib
9.NDU-da Orta Doğu Teknik Universitetinin rektor müşaviri Adem Kalınlı təlim keçib
12.NDU-da Beynəlxalq Təlim Aylığı çərçivəsində dosent Serdar Biroğulun təlimi baş tutub
13.NDU-da Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin dosenti Gökhan Uşma təlim keçib
14.NDU-da PMO.az Layihə Düşüncə Mərkəzinin təsisçisi Rəşad İbrahimov tərəfindən təlim keçirilib
15.NDU-da “Beynəlxalq qrant layihələrin yazılması və layihə menecmenti” mövzusunda təlim keçirilib
16.NDU-da növbəti maarifləndirici təlim keçirilib
18.NDU-da növbəti beynəlxalq təlim baş tutub
19.NDU-da “Beynəlxalq təlim aylığı”na start verilib
20.NDU-da “Beynəlxalq təlim aylığı” çərçivəsində növbəti təlim keçirilib
21.NDU-da “Ömürboyu Təhsil" mövzusunda beynəlxalq təlim keçirilib
22.NDU-da “Akademik tədqiqat bacarıqları” mövzusunda təlim keçirilib