Əcnəbi müəllimlər
Naxçıvan Dövlət Universiteti beynəlxalq akademik əməkdaşlığı daha da inkişaf etdirərək dünyanın dörd müxtəlif ölkəsindən 51 əcnəbi professor və müəllimi universitetə dəvət etmişdir. Bu təlim və tədqiqat fəaliyyətləri ilə məşğul olan əcnəbi müəllimlər universitetin akademik potensialının artırılmasına, xarici təcrübələrin öyrənilməsinə və tədqiqat bacarıqlarının möhkəmləndirilməsinə böyük töhfə verəcəklər.
Naxçıvan Dövlət Universiteti əcnəbi professor və müəllimlərin tədris fəaliyyəti vasitəsilə tədqiqat sahələrində yeni mülahizə və yanaşmaların ortaya çıxmasına, elmi diskussiyaların aparılmasına və universitetin beynəlxalq aləmdə tanınmasının artırılmasına yönəlmiş strateji addımlar atmaqdadır.
Bu təşəbbüs tələbələrin akademik biliklərini genişləndirmək, onları müxtəlif ölkələrdən gələn təcrübəli müəllimlərin mühazirələri ilə tanış etmək və onların qlobal səviyyədə rəqabət qabiliyyətini artırmaq baxımından böyük əhəmiyyət kəsb edir.